Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-62/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X2 Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 03 may 2013-cü il tarixli 575 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, 09 oktyabr 2009-cu il təvəllüdlü X5 borcludan alınaraq tələbkara verilməsi, 11 may 2011-ci il təvəllüdlü X3 və 12 fevral 2016-cı il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün tələbkarın yanında qalması, 09 oktyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 manat aliment tutularaq tələbkara ödənilməsi, 11 may 2011-ci il təvəllüdlü X3 və 12 fevral 2016-cı il təvəllüdlü X1 üçün 02 iyun 2021-ci il tarixdən başlayaraq, borcludan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov xx.xx.2023-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-235/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Tələbkar ərizə ilə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin sözügedən qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, icra sənədində 11 may 2011-ci il təvəllüdlü X3 və 12 fevral 2016-cı il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün tələbkarın yanında qalması, 11 may 2011-ci il təvəllüdlü X3 və 12 fevral 2016-cı il təvəllüdlü X1 üçün 02 iyun 2021-ci il tarixdən başlayaraq, borcludan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməsi təmin edilmişdir. Həm icra sənədinin məzmunundan, həm də AR Ailə Məcəlləsində qeyd olunmuş normalardan aydın olur ki, aliment tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların, onlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan vəsaitdir. AR Ailə Məcəlləsinin 113.2-ci maddəsində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə hansı hallarda xitam verildiyi sadalanmışdır: 1) uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 2) aliment ödənilən uşaq övladlığa götürüldükdə; 3)aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 4) aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 5) əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. İcra məmuru icraata xitam verilməsi qərarında qeyd edilmiş əsas isə alimentin ödənilməsi barədə icra sənədi üzrə icraata xitam verilməsinin əsaslarından biri deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Xətai rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-235/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-62/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-62/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver