Məhkəmə qərarları › İş №8(011)-623/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-623/2024

21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-623/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi X1 iştirakı ilə, X1 icra məmurunun hərəkətlərindən vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin Xətai rayon İcra şöbəsinin icra məmuru X5 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclular Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küç 2319, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılaraq Tələbkar təhvil verilməsinə, Tələbkar həmin mənzilə köçürülməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Xətai rayon İcra Şöbəsi tərəfindən ona məktub daxil olmuşdur. X6 hal-hazırda icra sənədi üzrə boşaldılması tələb olunan 229 saylı mənzildə həyat yoldaşı və 2 azyaşlı qız övladı ilə birgə yaşayır. İcra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası, yəni mənzildən məcburi qaydada çıxarılma, icra sənədi üzrə borclular Borclu1 və Borclu2 yox, qanunsuz olaraq məhz X6 və ailə üzvlərindən tələb olunur. İcra məmuru Borclu1 və Borclu2 icra sənədi üzrə borclu olduqları halda onlardan qanunla tələb edilməli hərəkətlərin onun və ailə üzvlərindən tələb edilməsi tam əsassız və qanunsuz olmaqla bərabər onun konustutision hüquq olan mülkiyyət hüquqlarımı kobudcasına pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4608/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından tərəfindən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 04 iyun 2024-cü il tarixli, '13(1021-126/2024 saylı bildiriş məktubuna əsasən işə əlavə kassasiya qaydasında baxılmasına dair tərəfindən verilmiş ərizə ilkin olaraq baxılması üçün Ali Məhkəmənin icraatına (sənəd nömrəsi 13(1021-126/2024 ) daxil olmuşdur. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 qətnaməni mübahisələndirdiyi üçün şikayətinin təmin olunması xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də şikayət təmin edilməlidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar cavabdehlər Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, Tələbkar ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq iddiaçı Tələbkar təhvil verilsin, iddiaçı Tələbkar həmin mənzilə köçürülsün, qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu iddiaçı Tələbkar, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-ya cavabdehlər Borclu1, Borclu2 müştərək qaydada tutularaq verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Borclu1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2023-cü il tarixli 2(103)-3656/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan mübahisə ilə bağlı X7 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Ali Məhkəməinin Plenumuna əlavə kassasiya şikayəti vermiş, ərizə ilkin olaraq baxılması üçün Ali Məhkəmənin icraatına daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu1 və qeyrilərinə qarşı “Mənzildən çıxarılma” tələbinə dair ilk, Borclu1 cavabdeh Tələbkar və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4608/2023 saylı qərarından işə əlavə kassasiya qaydasında baxılması haqqında işdə iştirak etməyə cəlb edilməyən X4 ərizəsi daxil olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-cı maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat dayandırılmalıdır. Həmin Qanunun 19.1.6-cı maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Qeyd edilən Qanunun 21.3-cü maddəsinə əsasən, məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən,231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində şikayətçi tərəfindən mülki iş üzrə əlavə kassasiya şikayəti verildiyindən, şikayət təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatında olan icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar