Məhkəmə qərarları › İş №8(011)-624/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-624/2024

25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-624/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3705/2021-016 nömrəli, 18 may 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1.181 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1311/2021-014 nömrəli, 23 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3.375,02 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6754/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1.800,57 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar3 MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7398/2021-006 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4.391,80 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar4 MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olduğu tarixdən və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surətləri bildirişlərlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3705/2021-016 nömrəli, 18 may 2021-ci il tarixli icra sənədi qzrə cəmi 681 manat ödəniş edilmişdir. Digər icra sənədləri üzrə ödənişlər edilməmişdir. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar1 MMC, Tələbkar4 MMC və Tələbkar2 ASC məhkəməyə ərizə ilə müraciət edərək təqdimata onların iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3705/2021-016 nömrəli, 18 may 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1.181 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra vərəqi üzrə 07 iyul 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra vərəqində göstərilən ünvanına göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7398/2021-006 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4.391,80 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar4 MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra vərəqi üzrə 06 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti 10 may 2022-ci il tarixdə bildirişə imza atmaqla rəsmi qaydada borcluya təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1311/2021-014 nömrəli, 23 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3.375,02 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra vərəqi üzrə 03 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti 10 may 2022-ci il tarixdə bildirişə imza atmaqla rəsmi qaydada borcluya təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6754/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1.800,57 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar3 MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra vərəqi üzrə 04 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti 10 may 2022-ci il tarixdə bildirişə imza atmaqla rəsmi qaydada borcluya təqdim edilmişdir. Borclu icra şöbəsinə dəvət edilmiş və icra məmuru tərəfindən 10 may 2022-ci il tarixdə borclunun izahatı alınmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu Bakı Mənzil Avtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsində liftlər üzrə elektromexanik vəzifəsində çalışaraq 406 manat, "xxxx" MMC-də satıcı vəzifəsində çalışaraq 370 manat əmək haqqı alır. Eyni zamanda iş materiallarında olan Xətai Rayon Məhkəməsinin qərardadlarından görünür ki, icra məmurunun təqdimatlarına əsasən borcluya məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəmə işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin icrası üçün görülmüş tədbirləri, habelə borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar