Məhkəmə qərarları › İş №8(011)-628/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-628/2024

19.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-628/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbduov Orxan Elşən oğlunun katibliyi ilə Borclu X3in nümayəndəsi və vəkili X4 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2686/2023 saylı Qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barəsində ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulu və qaydasınını dəyişdirilərək, hər ay borclunun əmək haqqından 100 manat miqdarında vəsaitin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2 və Borclu qarşı - cavabdeh Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1220***-*******02L kredit limiti razılaşmasının ləğv edilməsi, cavabdehlər Borclu və X1 müştərək qaydada 23703.17 manat məbləğində əsas kredit borcunun, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 186.69 manat məbləğində cəriməni, cəmi 26184.65 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 168,56 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsin n xx.xx.2023-cü il tarixli 2(011)- 2686/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamənin nəticə hissəsində qeyd edilmişdir ki, Bank Respublika" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsi ləğv edilsin. 23642.75 manat əsas, 2294.79 manat faiz, 186.69 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26124,23 manat və 168.56 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada Borclu və X1 alınaraq, Tələbkar ASC-nə ödənilsin. 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehlər Borclu və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamə icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon icra şöbəsinə göndərilmişdir. Borclu İcra şöbəsinə dəvət edilmiş və müəyyən edilmişdir ki hər ay borclunun əmək haqqından 500,0 manat pul vəsaiti tutulacaq. Bu aydan başlayaraq həmin vəsait tutulur. Borclunun özünün də Bank Respublika ASC-yə ilə də kredit müqaviləsi var. Borclu ilə bankın razılaşmasına əsasən borclu hər ay banka 422,0 manat vəsait ödəyir. Borclu özü ACE Group Consultants MMCdə fəhlə işləyir və onun əmək haqqı 1000,0 manatdır. Borclu ailəlidir və başqa gəlir yeri yoxdur. O hər ay 922,0 manat borc ödəsə bu onun əmək haqqından çox vəsait edir. Əmək haqqının hamısı borca ödənilsə o zaman borclu ailəsinə baxmaqda çətinlik çəkəcək və ciddi şəkildə maddi imkanı zəifləyəcək. Bu isə onu daha da çox borclandırmağa məcbur edəcək. Borclunun öz borcuna görə bankla bağladığı saziş könüllü olsada və onun tərəfindən ödənilsədə həmin vəsaiti əmək haqqından ödəyir. Bunun sübutu əmək haqqını alan kimi borcu ödəyir. Ödəniş qəbzləri ərizəyə əlavə edilir. Əmək haqqı ödənilməsi vaxtı ilə bağlı sübutda təqdim ediləcək. Həm könüllü ödənilən vəsait və həmdə icra vərəqi üzrə tutulan vəsait ümumilikdə əmək haqqından çox edir. Bu isə ədalətli və qanuni deyil. Eləcədə nəzərə alınmalıdır ki icra vərəqi üzrə tutulan borc borclunun öz borcu deyil. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, tələbkar və borcluya ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar ASC eyni zamanda məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişlər ki, borclu Ruslan Aslanovun qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi adı ilə məhkəməyə təqdim etdiyi ərizə mahiyyət etibarilə qətnamənin hissəhissə (hər ay əmək haqqından 100 manat tutulmaqla) icrası barədə müraciətdir. Borclunun ərizəsinə etiraz edirlər. Belə ki, ərizədə qeyd olunan hal - 1000 manat əmək haqqının 422 manatının kredit müqaviləsi üzrə öhdəliyin icrasına sərf olunması məhkəmənin icra sənədi üzrə tutmanın əmək haqqının 50%-dən artıq olmayan hissəsinə yönəldilməsini istisna etmir. Odur ki, məcburi icra tədbiri kimi hər ay əmək haqqının yarısının icra sənədi üzrə borcun ödənilməsinə yönəldilməsi qanuni və əsaslıdır. Bundan başqa, hər ay 100 manat ödənilməklə icra sənədinin tam icrası üçün 22 ilə yaxın vaxt lazımdır ki, bu da tələbkarın mənafeyinə aşkar ziddir. Ona görə də borclunun ərizəsi təmin oluna bilməz. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu X3 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu X3in nümayəndəsi və vəkili X4 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2686/2023 saylı Qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barəsində ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar