Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-629/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi X1, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4899/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2470,30 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun bugünədək ödənilməmiş 2470,30 manat borcu təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2(011)-4899/2019 nömrəli İcra Vərəqəsindən görünür ki, 3.12.1981-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2470,30 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra məmuru icra vərəqəsi üzrə xx.xx.2019-cu il tarixdə İcraata başlamaq haqqında qərar qəbul etmişdir və tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərmişdir. İş materiallarından görünür ki, Borclu xx.xx.2019-cu il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4899/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icranın təmin edilməsi ilə bağlı xəbərdarlıq məktub Gösmzalayaraq qəbul etmişdir.rilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova İş № (011)-167/2022 Məhkəmə İclasının Protokolu Bakı şəhəri Xətai Rayon Məhkəməsi 28 fevral 2022-ci il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində verdiyi təqdimata açıq məhkəmə iclasında baxılır. İclas saat 16:50-də açıldı. Məhkəmə iclas katibi məlumat verib bildirir ki, tələbkara, borcluya və Xətai Rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş, Xətai Rayon İcra şöbəsi isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edərək, qərara alır: Təqdimata Xətai Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak edən şəxlərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən təqdimatı elan edir və iş materiallarını araşdırır. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirədən qayıdır, sədrlik edən qərardadı elan edir. Qərardaddan şikayət etmə qaydası və müddətini izah edir. Məhkəmə iclası 17:00-da bağlı elan olunur. İclas protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib
Məhkəmə qərarları › İş №8(011)-629/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-629/2022
01.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver