Məhkəmə qərarları › İş №8(011)-632/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-632/2024

27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-632/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5816/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5816/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi ümumilikdə 18787 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul Borclu alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borcluoin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 8(011)-1010/2022 saylı. 28 10.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan xx.xx.2024-cü il tarixdə icraata xitam verilmişdir. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5816/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 18787 (on səkkiz min yeddi yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq Tələbkar verilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul Borclu alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-1010/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş qəbzlərdən görünür ki, borclu tərəfindən ödənişlər edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-5816/2021-008 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu tərəfindən borc ödənildiyindən, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkar təqdimatın təmin edilməsinə dair etirazı məhkəməyə daxil olmadığından təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1010/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21150” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar