Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-634/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova -icra sənədi üzrə Borclu məxsus olan **-KN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 320” minik markalı, avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4915/2019-004 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 446 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan **-KN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 320” minik markalı avtomobil vardır. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4915/2019-004 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə "İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Təqdimata Borclu xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bilridir əlavə edilsə də, bildirşin tərəfə rəsmi qaydada təqdim edildiyinə dair hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən təqdimata əlavə edilmiş sms bildirişin surətindən görünür ki, həmin bildiriş tərəfə xx.xx.2022-ci il tarixdə, yəni hazırkı təqdimatın məhkəməyə təqdim edildiyi tarixdə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısan daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir Göründüyü kimi, məcburi icra tədbirinin tətbiqi üçün icra məmuru tərəfindən ilk öncə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edilməli, bu barədə borcluya bildiriş təqdim edilməli və icra məmuru tərəfindən müəyyən edilmiş müddət keçməli idi. Lakin tələblərin borclu tərəfindən könüllü icrası barədə borcluya bildirişin təqdim edilməsinə dair sənədlər məhkəməyə təqdim edilməmiş, hazırkı təqdimat məhkəməyə borclu tərəfindən tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət keçmədən göndərilmişdir. Belə olan halda məhkəmə hazırkı təqdimata əsasən məcburi icra tədbirinin tətbiq edilməsi üçün “İcra haqqında” Qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu X1 məxsus olan əmlakların üzərinə həbsin qoyulmasına dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus olan **-KN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 320” minik markalı avtomobillin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-634/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-634/2022
29.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver