Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-636/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2705/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə cavabdehlər X4 və X2 maddi zərərə görə 992000 manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 manat, cəmi 993414 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğdə pul vəsaiti - cavabdehlər X4 və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və sanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borclu X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi torpaq sahəsi 0,0725 ha olan ərazidə 2 otaqlı 42,70 kv.metr sahədən ibarət əmlakın olduğu müəyyən edilmişdir. Borcluya məxsus 0,0725 ha torpaq sahəsinin 0,0365 ha hissəsi 5 ildir ki, Tələbkar istifadəsində olmasına dair tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə ekspertizanın rəyi əlavə olunmuşdur. Təqdimatda icra sənədinin icrasını təmin etmək məqsədilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi torpaq sahəsi 0,0725 ha sahəsindən 0,0365 ha olan hissəsinin üzərinə həbs qoyulması xahiş edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı və məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0725 ha torpaq sahəsindən 0,0365 ha olan hissəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2705/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Tələbkar xeyrinə cavabdehlər X4 və X2 maddi zərərə görə 992000 manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 manat, cəmi 993414 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğdə pul vəsaiti - cavabdehlər X4 və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışa əsasən məlum olur ki, borclu X1 adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0725 ha torpaq sahəsi vardır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0725 ha torpaq sahəsindən 0,0365 ha olan hissəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-636/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-636/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver