Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-639/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, X1 icra məmurunu hərəkətlərindən şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən iddianın təmini tədbiri barədə Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli "İcraata başlamaq haqqında" Qərarı əsasında, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X8" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsində və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi, iddianın təmini tədbiri barədə Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli "İcraata başlamaq haqqında" Qərarı əsasında, "X8" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi vəzifəsini və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkarın vəkili və nümayənəsi xx.xx.2024-cü il tarixdə tərtib etdiyi “tələbin dəqiqləşdirilməsi və dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən iddianın təmini tədbiri barədə Səbail rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli "İcraata başlamaq haqqında" Qərarı əsasında, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X8" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakın (l."LEİONE" yataq dəsti, 2."ATLANRS" qonaq dəsti, 3."CAVALLİ" qonaq dəsti, 4."VİKTORİYA" qonaq dəsti) satmaq yolu ilə tələbin əmlaka yönəldilməsində və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" Qərarı çıxarılması hərəkətinin qanunsuz hesab edilməsi və həmin Qərarın ləğv edilməsi barədə; İddianın təmini tədbiri barədə Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında" qərarı əsasında, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X8" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakın (l."LEİONE" yataq dəsti, 2. "ATLAN RS" qonaq dəsti, 3."CAVALLİ" qonaq dəsti, 4."VİKTORİYA" qonaq dəsti) satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi vəzifəsini və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsininin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) üzərinə qoyulması barədə Qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkarın vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə tərtib etməklə məhkəməyə “Məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş baxış iclasına yazılı izahat və “tələbin dəqiqləşdirilməsi və dəyişdirilməsi barədə ərizəyə” Əlavə” təqdim edərək Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərarının çıxarılması hərəkətinin qanununsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi; Bakı şəhəri Xətai rayon İcra şöbəsi (icra məmuru Kəmalə Həsənova) tərəfindən iddianın təmini tədbiri barədə Səbail Rayon Məhkəməsinin 2(009)- 85/2021 nömrəli, xx.xx.2021 il tarixli icra vərəqəsi və Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı əsasında, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X8" mebel mağazasında borcluya məxsus və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsində və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi istiqamətində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; və üzərinə həbs qoyulmuş 4 ədəd əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi vəzifəsini və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2578/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 2(102)- 4782/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış; Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Kəmalə Həsənova tərəfindən "İcraata başlamaq haqqında" qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə elektron imza ilə təsdiqlənmişdir. Həmin icra vərəqəsi xx.xx.2023-cü il tarixdə EMİS vasitəsilə Xətai rayon İcra şöbəsinə təqdim olunsa da, icra məmuru tərəfindən "İcraata başlamaq haqqında" qərarın xx.xx.2023-cü il tarixdə, yəni 29 gündən sonra qəbul edilməsi və xx.xx.2023-cü il tarixdə, yəni 33 gündən sonra elektron imza ilə təsdiqlənməsi onu sübut edir ki, icra haqqında qanunvericiliyin tələbi kobud surətdə pozulmuş və açıq-aşkar qanunsuz hərəkətsizliyə yol verilmişdir. Bundan sonra, icra məmuruna, yenidən, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 85/2021 nömrəli, xx.xx.2021 il tarixli iddianın təmini tədbiri barədə qərardadı, Nizami rayon İcra və Probasiya şöbəsinin Səbail Rayon Məhkəməsinə ünvanlanmış 20753 nömrəli, xx.xx.2021-ci il tarixli "Görülmüş tədbirlər haqqında" məlumatı və aktı təqdim etməklə, qətnamənin icrasının təmini üçün xx.xx.2021-ci il tarixdə borclu Maraqlı şəxs4 mülkiyyətində olan 4 ədəd əmlak üzərinə həbs qoyulması barədə dəfələrlə izahat verilməklə, borclu barəsində qanuna müfaviq tədbirlərin görülməsi xahiş edilsə də, icra məmuru həmin malların mövcud olmamsını və bu səbəbdən də borclu barəsində bu hal üzrə hər hansı bir tədbirin görülməsinin mümkün olmamasını bildirmişdir. Bundan sonra, icra məmuru qanunvericiliyin normalarını rəhbər tutmaq əvəzinə, borclunun xahişini və təqdim etdiyi saxtalığı açıq-aşkar müəyyən edilən arayışı rəhbər tutaraq, heç bir araşdırma aparmadan birbaşa "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və icra işini Nərimanov rayon İcra Şöbəsinə göndərmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli iddianın təmini tədbiri barədə qərardadın icrası ilə bağlı Nizami rayon İcra Şöbəsi tərəfində borclu Maraqlı şəxs4 mülkiyyətində olan üzərinə həbs olan əmlakların ümumiyyətlə axtarılmasında və qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsində göstərdiyi açıqaşkar qanunsuz hərəkətsizliyini ört-basdır edilməsi üçün, icra məmuru Kəmalə Həsənova xx.xx.2023-cü il tarixli qərarı qəbul etməklə, özünün təqsirinin gizlədilməsinə cəhd etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından tələbkarın verdiyi şikayət təmin edilmiş. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılaraq həmin icra şöbəsində icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş, icra vərəqəsi düzgün tərtib olunduğundan icraata qəbul olunaraq borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin gün icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Könüllü icra müddəti bitmədən borclu İcra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirləri həyata keçirilməyə başlanılmışdır. Daha sonra borclu İcra Şöbəsinə müraciət edərək tələbin onun əmək haqqına yönəldilməsini xahiş etmiş, tələbkardan bank hesablarının təqdim edilməsini xahiş edilmişdir. Lakin tələbkar tərəfindən bank hesabı təqdim edilmədiyindən borclu tərəfindən ödənilmiş 3984 manat məbləğində pul vəsaiti Xətai rayon İcra şöbəsninin depozit hesabına köçürülmüşdür. Tələbkarın vəkili ilə əlaqə saxlayaraq depozit hesabında olan pul vəsaitinin götürülməsi xahiş edilsə də, tələbkarın vəkili həmin pul vəsaitini qəbul etməmişdir. Sonradan borclunun adına avtomobil aşkar olunmuş, dərhal həmin avtomobilin üzərinə həbs qoyulması məqsədilə təqdimatla məhkəməyə müraciət olunmuş və təqdimat təmin edilmiş, eləcə də, borclunun ölkədən çıxış hüququna məhdudiyyət qoyulması ilə bağlı məhkəməyə təqdimatla müraciət olunmuşdur. Daha sonra, borclu arayış təqdim edərək Bakı şəhəri, Nərimanov rayonunda yaşadığını bildirmiş və icra sənədinin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Qeyd edilən halı aydınlaşdırmaq üçün borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin evdə borclunun babası, dayısının arvadı və dayısının oğlu yaşayır. Həmin şəxslərdən borclunun harada yaşadığı soruşulduqda onlar borclunun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzildə yaşadığını bildirmişlər. Borclunun Nərimanov rayonunda yaşaması ilə bağlı kifayət qədər əsaslar olduqdan sonra bununla bağlı akt tərtib edilmiş və icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə daxil olduqdan borclu İcra şöbəsinə dəvət edilib, izahatı alınıb, hətta avtomobil qiymətləndirilmiş və hərraca çıxarılmış, hərrac baş tutmadıqdan sonra tələbkara təklif göndərilmiş, lakin tələbkar bu təklifi qəbul etməmişdir. Sonradan tələbkar icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan şikayət vermiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərardadın əsasən şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərardadı, eləcə də icra məmurunun icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərarı ləğv edilərək, icra sənədi yenidən icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Yenidən icra sənədi icraata daxil olduqdan sonra borcluya xəbərdarlıq göndərilərək, zəruri icra tədbirləri görülmüşdür. Daha sonra, borclu yenidən İcra şöbəsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonunda yaşadığını bildirmiş, və “Elektron İcra” Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan da müəyyən olunmuşdur ki, borclu yaşadığı yer üzrə artıq qeydiyyata da alınmışdır. Buna görə də, yenidən xx.xx.2024-cü il tarixdə icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir. Hal-hazırda icra sənədi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icraatındadır. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Tələbkarın vəkili və nümayəndəsinin şikayətdə göstərdiyi tələbləri şərti olaraq 3 qrupa ayırmaq olar: 1) Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməklə, həmin qərarın ləğv edilməsi; 2) Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və 3) borclu barəsəində inzibati xəta haqqında protokol tərtib edilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması. Tələbkarın vəkili və nümayəndəsinin şikayətdə göstərdiyi birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1 və 10.3cü maddələrinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. İcra işindən görünür ki, xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən “Elektron İcra” İnformasiya Sisteminə elektron qaydada edilmiş sorğu əsasında müəyyən edilmişdir ki, borcluya xx.xx.2024-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş və onun ünvanı ünvan 3a haqqında” Qanunun 10.1 və 10.3-cü maddələrinin tələblərindən də görünür ki, hər bir halda icra hərəkətlərinin yerinə yetirildiyi yer borclunun ilk olaraq yaşayış yeri, bu olmadıqda isə onun iş yeri, yaxud əmlakının olduğu yer hesab olunur. İş işinə əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan da görünür ki, icra hərəkətləri Bakı şəhəri Xətai rayon İcra şöbəsində davam etdirildiyi vaxt borcu yaşayış yerini dəyişmiş, buna müvafiq olaraq da icra məmuru təfəindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar əsasında icra sənədi aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə göndərilmidir. Göründüyü kimi, icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı qanuni olmuşdur və onun ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud deyil. Tələbkarın vəkili və nümayəndəsinin şikayətdə göstərdiyi ikinci qrup tələbi əsasən icra məmuru Kəmalə Həsənova tərəfindən icra hərəkətlərinin vaxtında aparılmaması ilə bağlı hərəkətlərinin qaunsuzluğundan bəhs edir və məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2578/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs4 beh razılşaması üzrə ödənilmiş 33150 manatın iki misli olaraq 66 300 manat və 3400 manat avans məbləği olmaqla, cəmi 69 700 manat və mənəvi ziyana görə 1000 manat, hüquqi xidmətə görə 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Qərar və bildiriş xx.xx.2023-cü il tarixdə borclu tərəfindən qəbul edilmiş və borclunun izahatı alınmışdır. xx.xx.2023-cü il tarixdə icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-222/2023 saylı qərardadına əsasən təqdimat təmin edilmişdir. Həmçinin borclu xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, “X9”də mühasib vəzifəsində işlədiyindən, tələbin əmək haqqına yönəldilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə AR Dövlət Vergi Xidməti tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “X8” MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Xətai rayon icra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tələbkara məktub ünvanlanaraq icra sənədinin icra edilməsi məqsədilə tələbkarın bank rekvizitlərinin İcra şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun axtarışı haqqında qərar qəbul olunmuş, həmin tarixdə qərar icra olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu İcra şöbəsinə ərizə ilə müraciət edərək. Tələbin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avttomobilə yönəldilməsini xahiş etmişdir. Sözügedən avtomobilin həqiqətən də borclunun mülkiyyəytində olmasını müəyyən etmək məqsədilə icra məmuru tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinə sorğu göndərilmiş və sonuncu tərəfindən sorğuya cavab məktubunda həmin avtomobilin borclunun adına qeydiyyatda keçməsi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə borclu İcra şöbəsinə ərizə ilə müraciət edərək bildirmiş ki, onun qeydiyyat ünvanı ünvan 5aq, ünvan 6ləşən evdə yaşadığını bildrmişdir. Buna görə də, icra sənədinin icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru borclunun Avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-619/2023 saylı qərardadına əsasən təqdimat təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun əmlakının (Avtomobilinin) axtarışı haqqında qərar qəbul olunmuş, həmin tarixdə qərar icra olunması üçün Baş Döblət Yol Polis İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən icra sənədinin aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nərimanov rayon İcra şöbəsi Xətai rayon İcra şöbəsinə müraciət edərək, borclu tərəfindən Bakı şəhər Xətai rayon İcra şöbəsinin depozit hesabına köçürülmüş 3984 manat məbləğində pul vəsaitinin Nərimanov rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş etmişdir. ünvan 7 ünvanlanmış məktubda borclu tərəfindən ödənilmiş 3984 manat ödənişin Nərimanov rayon İcra şöbəsinin depozit hesabına köçürüldüyü qeyd edilmişdir. Tələbkar tərəfindən icra məmurunun icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından şikayət vermiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-802/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhər Xətai rayon İcra şöbəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icraata başlanılmasının əsasları əks olunmuşdur. Həmin maddəyə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1-ci maddə). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2-ci maddəsi). Həmin Qanunun 43-cü maddəsinə əsasən tətbiq ediləcək məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər daxildir. İşin qeyd edilən hallarından da göründüyü kimi, icra sənədi üzrə tələbin icra edilməsi məqsədilə icra məmuru tərəfindən hazırkı vaxtadək qanunla müəyyən edilmiş hərəkətlər edilmiş, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilib, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmiş, habelə borclunun əmlak vəziyyəti yoxlanılmış, borcunu ödəmədiyi üçün icra məmurunun müraciəti əsasında həm ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, həm də mülkiyyətində olan Avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun elektron sorğusu əsasında borclunun Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 2, mənzil 2 ünvanında yerləşən mənzildə yaşadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və sadalanan müddəlardan da görünür ki, icra məmuru hal-hazırda borclu tərəfindən icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq icra tədbirlərini həyata keçirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra sənədinin icra edilməsi məqsədilə 3984 manat məbləğində icra qurumunun depozit hesabına ödəniş edilmiş, hətta tələbin borclunun əmək haqqında yönəldilməsi məqsədilə tələbkardan bank rekvizitləri tələb olunmuş, lakin tələbkar bank rekvizitlərini təqdim etməmiş, icra qurumunun depozit hesabına ödənilmiş ödənişi qəbul etməkdən imtina etmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, icra məmuru tərəfindən “X8” MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə AR Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş, xx.xx.2023-cü il tarixdə AR Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhər Xətai rayon İcra şöbəsinə ünvanlanmış məktubda “X8” MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmaması qeyd edilmişdir. Bundan sonra, Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2578/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi “İcra haqqında” AR Qanunun 10.1 və 24.1.2-ci maddələrinə əsasən ərazi aidiyyəti üzrə icra olunması üçün xx.xx.2023cü il tarixdə Nizami rayon İcra şöbəsinə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci mddəsinə əsasən borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yer və ya əmlakının olduğu yer üzrə həyata keçirilir. Qanununun tələbindən də göründüyü kimi, əgər borclu hüquqi şəxsdirsə, icra hərəkətlərinin yerinə yetirildiyi yer yalnız onun olduğu yer, yaxud əmlakının olduğu yer hesab edilir. Yuxarıda da göstərildiyi kimi, icra məmurunun sorğusuna cavabında AR Dövlət Vergi Xidməti “X8” MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın olmamasını bildirmişdir. Tələbkarın vəkili və nümayəndəsi isə şikayətində “X8” mebel mağazasının ünvanının Bakı şəhəri, Nizami rayonu, Babək 41 A ünvanı kimi göstərərək, həmin mağazada borcluya məxsus həbs qoyulmuş 4 ədəd əmlakla bağlı icra hərəkətlərinin vaxtında icra edilməməsindən şikayət edir. Göründüyü kimi, “X8” mebel mağazasının yeləşdiyi yerin (ünvanının) Bakı şəhəri, Nizami rayonu, Babək 41 A olduğu halda, orada yerləşən əmlakla bağlı hər hansı icra hərəkətlərinin aparılması, “İcra haqqında” AR Qanunun 10.1-ci maddəsinə əsasən, Xətai rayon İcra şöbəsi tərəfindən həyata keçirilə bilməzdi. qeyd edilən səbəblərdən Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən X8” mebel mağazasında yerləşən 4 ədəd əmlakla bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün icra işi xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra şöbəsinə qaytarılmışdır. Borclu barəsəində inzibati xəta haqqında protokol tərtib edilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə tələb hissəsinə gəldikdə isə, bu tələbə Məhkəmənin “iş üzrə icraata xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardadında hüquqi qiymət verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 icra məmurunun hərəkətlərindən şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-639/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-639/2024
22.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver