Məhkəmə qərarları › İş №8(011)-643/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-643/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-643/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu-X1nun iştirakı ilə, X6 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icraçı Ceyhun Həmidov) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 4046/21 saylı xx.xx.2021 tarixli qətnaməsinə əsasən X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və X10 ½ hissədə paylarının müəyyən edilməsi hissəsində icra olunması üçün Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Zülfiqar Şamilov ərizəsini müdafiə edərək izahatında bildirdi ki, onun X12 qarşı nikahın pozulmasına dair iddi ərizəsi olmuşdur. Həmin mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-4044/21 saylı xx.xx.2021 tarixli qətnaməsinə əsasən X6 ilə X20 (Vəli) qızı arasında xx.xx.2016-cı il tarixdə Bakı Nikah evində 933 saylı aktla qeydə alınmış nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X7 anası X10 yanında saxlanmış, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, X2 hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X12 ödənilməsi, X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilllərə X3 və X10 ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin icra sənədi xx.xx.2021ci il tarixdə icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi icra məmuru X9 icraatına verilmişdir. Həmin vaxtdan həmin icra işi X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə xitam verilməmiş, “Mercedes Benz E200” markalı 99-GU927 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillər X5 adında qalmaqla X3 və X10 ½ hissədə payları müəyyən edilməsi hissəsində icra olunmamışdır. Hal-hazırda X11 ilə onun arasında barışıq sazişi bağlanmışdır. X18 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş. X6 ilə X20 (Vəli) qızı arasında xx.xx.2016-cı il tarixdə Bakı Nikah evində 933 saylı aktla qeydə alınmış nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X7 anası X10 yanında saxlanaraq xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, X2 hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X12 ödənilməsi, X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilllərə X3 və X10 ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021-021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarla 2(011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi tələbi borclu tərəfindən tam şəkildə təmin edildiyindən icraata xitam verilmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, “Mercedes Benz E200” markalı 99-GU927 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobillər X5 adında qalmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş. X6 ilə X20 (Vəli) qızı arasında xx.xx.2016-cı il tarixdə Bakı Nikah evində 933 saylı aktla qeydə alınmış nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X7 anası X10 yanında saxlanaraq xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, X2 hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X12 ödənilməsi, X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilllərə X3 və X10 ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, xx.xx.2021-ci il tarixli qərar ilə icraata başlanılmış, xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi tələbi borclu tərəfindən tam şəkildə təmin edildiyindən icraata xitam verilmişdir. Bununla belə, EMİSdən çıxarışa əsasən, “Mercedes Benz E200” markalı 99-GU927 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillər X5 adındadır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsızlığı, “Mercedes Benz E200” markalı 99- GU927 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və X10 ½ hissədə paylarının müəyyən edilməsi təmin edilmədən icra sənədinə xitam verilmiş, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsizliyə yol verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və X10 ½ hissədə paylarının müəyyən edilməsi hissəsində icra olunması üçün icra hərəkətləri davam etdirilməli, icra sənədinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 üzərinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı icra tədbirləri davam etdirilməsi, X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və X10 ½ hissədə paylarının müəyyən edilməsi hissəsində icra olunması üçün Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 üzərinə öhdəlik qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı icra tədbirləri davam etdirilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi “X6 və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E200” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və X10 ½ hissədə paylarının müəyyən edilməsi” hissəsində icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar