Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-647/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Tələbkar1 iştirakı ilə, X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2024 saylı, xx.xx.2023cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 2986/2023 saylı xx.xx.2023 tarixli qətnaməsi ilə tələbkarların iddiaları təmin edilmiş və onların ünvan 1 ünvanına köçürülmələri qət edilmişdir. O, həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti və kassasiya şikayəti vermişdir. Şikayətimdə göstərilən xüsuslar ondan ibarət olmuşdur ki, Tələbkar1 psixoloji cəhətdən müəyyən xəstəliyi vardır. Onunla birgə yaşamaqları imkansızdır. Bu aralarında ailə münaqişəsi ilə nəticələnir. Onlar birgə yaşayacağı təqdirdə aralarında mübahisənin yaşanması qaçılmazdır və bu çox ağır nəticələrə gətirib çıxara bilər. Ancaq məhkəmələr bunu diqqətə almamışdır. Bundan əlavə o, məhkəməyə mübahisə predmeti olan mənzilin harracda satılaraq paylara uyğun bölünməsi ilə bağlı iddia ilə müraciət etmişdir. Hazırda həmin iş Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin icraatındadır. İcra hərəkətləri həyata keçirilib onlar mənzilə köçürülərsə, aralarında ailə münaqişəsi yaranacaq və bu çox ağır nəticələr ilə nəticələnə bilər. Bu baxımdan ən məqbul yanaşma mənzilin satılaraq məbləğin paylara uyğun bölünməsi və hər kəsin ayrı mənzillər də yaşaması olar. Bununla bağlı da iddia qaldırılıb. Bu baxımdan həmin işə baxılıb qurtarana qədər qətnamənin icrasına möhlət verilməsi zərurəti vardır. Borclu məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar1 ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 2986/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Tələbkar1 və Tələbkar2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin 98 nömrəli mənzilinə köçürülmələri, tələbkarların Mənzildən istifadələrinə hər hansı maneənin törədilməsinin X4 və X2 qadağan edilməsi qət edilmişdir. Hazırkı ərizə ilə borclu qətnamənin icrasına möhlət verilməsini tələb edir, bunu mübahisə predmeti olan mənzilin harracda satılaraq paylara uyğun bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə izah etməyə çalışır. Məhkəmə borclunun qeyd etdiyi dəlilləri ilə razılaşmır və qeyd edir ki, borclu qətnamənin icrasına möhlət verilməsini xahiş etsə də, qətnamənin icrasına hansı müddətdə möhlət verilməsini dəqiq qeyd etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Digər bir tərəfdən məhkəmə hesab edir ki, borclunun mübahisə predmeti olan mənzilin harracda satılaraq paylara uyğun bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və həmin iddia ərizəsinin icraata qəbul edilməsi tələbkarların mənzilə köçürülmələrinə dair icra sənədinin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Həm də ona görə ki, borclunun iddia ərizəsi ilə irəli sürdüyü tələb tələbkarların mənzilə köçürülmələrinə maneə yaratmır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-647/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-647/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver