Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-647/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X3, tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(049)- 3411/2023 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə tələbkara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ərizəyə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(049)- 3411/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, 08 aprel 2017-ci il tarixdə doğulmuş X2 və 30 avqust 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək anası Tələbkar yanında saxlanılması, 08 aprel 2017-ci il tarixdə doğulmuş X2 və 30 avqust 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla, iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Göründüyü kimi tələbkar tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Alimentin indeksasiya olunması barədə ərizə ilə ilkin alimentin müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilmiş məhkəməyə verilməli olduğu halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, tələbkar tərəfindən indeksasiya barədə ərizə mülki-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə bağlı verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Tələbkara izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-647/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-647/2025
18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver