Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-65/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu tələbkarın xeyrinə hər ay əmək haqqından 15% miqdarında vəsaitin tutulması aparılaraq 36 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli Bl-2581 saylı icra qeydinin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 36 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli Bl- 2581 saylı icra qeydinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə cəmi 7961,47 manat pul vəsaiti tutulmalıdır. Qeyd olunan icra qeydi əmək haqqının 50 faizi miqdarında tutulmanın aparılması məqsədi ilə Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün iş yerinə göndərilmişdir. Hazırda tutlmanın aparılması davam edir. Lakin, hazırki vaxtadək tərəflər məhkəməyə bu barədə müraciət etmədən və məhkəmənin müfafiq qərarı olmadan, icra şöbəsi tərəfindən sərbəst qərar verilərək icra sənədinin hissə-hissə icra edilməsi barədə iş yerimə yuxarıda qeyd etdiyi məktub göndərilmişdir. xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahda xx.xx.2022-ci il tarixdə övladı dünyaya gəlmişdir. Hazırda uşağın 2 yaşı var. Uşaq çox kiçik yaşda olduğuna görə yoldaşı ona qulluq etdiyi üçün işləyə bilmir. Ailənin yeganə qazanc məmbəyi 900 manat məbləğində olan əmək haqqıdır. Başqa gəliri yoxdur. Tələbin icrasına yönəldilə biləcək əmlakı da yoxdur. Borclu məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirdi ki, o, borcu ödəməkdən yayınmır. Hal-hazırda aylıq əmək haqqı 900 manat təşkil edir. Aylıq əmək haqqından əlavə gəliri də var. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Borclu 36 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli Bl-2581 saylı icra qeydinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-65/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-65/2025
28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver