Məhkəmə qərarları › İş №8(011)-656/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-656/2022

10.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-656/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 qətnamənin icra sənədi üzrə icraatın dayandırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734 nömrəli, 21 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu X3 11351,53 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar BOKT ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka qoyulmuş, borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilməli və mənzilin ilkin satış qiyməti 84000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməli, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməlidir. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra ərizəçi əşyalarıyla ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 250 manat pul borclu X3 tutularaq Tələbkar BOKT ASC-nin hesabına köçürülməlidir. Ərizəçi icraata başlamaq haqqında qərarı almaya-almaya Xətai rayon İcra Şöbəsinin icra məmuru yaşadığı mənzili hərracın keçirilməsi üçün “Capital Auction" MMC-yə göndərib. Odur ki icra məmurun hərəkətlərini qanunsuz hesab edib icra sənədi üzrə icraatın “İcra -Haqqında AR Qanunun 18.1,4-cü maddəsinə əsasən dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və işdə iştirak edən şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraat məcburi olaraq aşağıda göstərilən hallarda dayandırılır: - məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; - borclu fəaliyyət qabiliyyətini itirdikdə; - borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; - icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; - inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; - icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; - İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; - İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; - icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; - tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: - icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; - borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; - borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; -. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; - borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; - tələbkarın müvafiq xahişi olduqda. Göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması hallaı "İcra haqqında" Qanunda dəqiq müəyyən edilmişdir. Lakin hazırkı ərizədə yuxarıda qeyd edilən halların hazırkı icra sənədi üzrə mövcüd olduğuna dair hər hansı bir dəlil göstərilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 qətnamənin icra sənədi üzrə icraatın dayandırılmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar