Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-662/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bənəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-783/2025-018 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov Borclu məxsus olan "Kia Rıo" miik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı,"KİA RİO" minik markalı, **- TK-*** dövlət qeydiyyat nişanlı, ,"KİA RİO" minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, "KİA RİO" minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-783/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli MK/18637/86/22 saylı kredit müqaviləsi üzrə 10637,66 manat məbləğində əsas, 1420 manat məbləğində faiz, 600 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12657 (on iki min altı yüz əlli yeddi) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat 70 (yetmiş) qəpik Borclu və X1 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu KAZİMOV RƏŞAD FAZİL OĞLUnun icra sənədində qeyd olunan Ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına Əsasən müəyyən olunmuşdur ki, borclu KAZİMOV RƏŞAD FAZİL OĞLUna məxsus "KİA RİO" miik markalı, 77DB154 dövlət qeydiyyat nişanlı,"KİA RİO" minik markalı, 10TK609 dövlət qeydiyyat nişanlı,,"KİA RİO" minik markalı, 99TV735 dövlət qeydiyyat nişanlı, "KİA RİO" minik markalı, 99VM364 dövlət qeydiyyat nişanlı avtomobilləri vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin Əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-783/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixli MK/18637/86/22 saylı kredit müqaviləsi üzrə 10637,66 manat məbləğində əsas, 1420 manat məbləğində faiz, 600 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12657 (on iki min altı yüz əlli yeddi) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat 70 (yetmiş) qəpik Borclu və X1 müştərək qaydada alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən ki, Borclu xx.xx.2025-ci il tarixində Xətai rayon icra şöbəsində verdiyi izahatda icra sənədindən xəbərdar olduğunu, işi dayandığına görə ödəniş edə bilmədiyini, 11 000 manata qədər ödəniş etdiyini, adına 4 ədəd maşını olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, "Kia Rıo" miik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı,"KİA RİO" minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı, ,"KİA RİO" minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, "KİA RİO" minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə mövcud borcun həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Kia Rıo" miik markalı, **-DB- *** dövlət qeydiyyat nişanlı,"KİA RİO" minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Məhkəmə, təqdimatın “Borclu məxsus olan digər avtomobillərin üzərinə həbs qoyulması” hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği, üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyil, yəni borclunun mülkiyyətində olan avtomobillərin dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan əmlakın dəyəri məhkəmə sənədinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən borcluya məxsus digər avtomobillərin üzərinə həbs qoyulması məqsədəmüvafiq deyil. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "Kia Rıo" miik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı,"KİA RİO" minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-662/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-662/2025
24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver