Məhkəmə qərarları › İş №8(011)-666/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-666/2024

11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-666/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkar, X1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(011)- 1769/2022 saylı qətnaməsinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı 28 dekabr 2022 il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə isə cavabdeh X4 pay hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş “Toyota Corolla” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə isə cavabdeh X4 pay hüququnun tanınması, Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4-cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.mdən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından hal-hazırkı günədək 12 aylıq ümumi 30.000 manat olmaqla kirayə haqqının ½ hissəsi olan 15.000 manat pulun cavabdeh X3 tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia ərizəsində qeyd edilən: 1. “Vaza” Çin istehsalı, xrustal şüşəli-kod 1334 100 qutu hər qutuda 2 ədəd cəmi 200 ədəd 1 ədəd qiyməti 190-38.000 manat; 2. “Vaza” Çin istehsalı xrustal kod 4211 20 ədəd 55 manat cəmi 1100 manat; 3. Konfetnisa Çin istehsalı 30 qutu hər qutuda 2 ədəd cəmi 60 ədəd cəmi 12.600 manat; 4. Güldan Çin istehsalı 50 ədəd 1 ədədi 230 cəmi11.500 manat; 5. Konfetnisa 3 mərtəbə kod 3445 20 ədəd 320 manat 1 ədədi cəmi 6400 manat; 6. Servis “Kasaperla” İtaliya istehsalı 96 predmet, forfor 200 ədəd 1 ədəd 950 manat cəmi 300.000 manat; 7. “Alpinberq” firmasının stehsalı nabor 128 predmet 150 ədəd 1 ədəd 120 manat cəmi 108.000 manat; 8. “Alpinberq” firmasının istehsalı nabor 128 predmet 50 ədəd 1 ədəd 420 manat cəmi 21.000 manat; 9. Podnos güzgülü böyük İran istehsalı 100 ədəd 1 ədəd 40 manat cəmi 4000 manat; 10. Podnos güzgülü böyük 100 ədəd 1 ədəd 45 manat cəmi 4500 manat; 11. Podnos güzgülü kiçik 150 ədəd 1 ədəd 60 manat cəmi 9000 manat; 12. Vaza kod F74635 100 ədəd 1 ədəd 170 manat cəmi 17000 manat; 13. Salat qabı balaca 65 ədəd 40 cəmi 2600 manat; 14. Salat qabı orta 65 ədəd 40 manat cəmi 2600 manat; 15. Salat qabı Çin istehsalı 50 ədəd 90 manat cəmi 4500 manat; 16. Çəngəl qaşlı 75 ədəd 55 manat cəmi 4125 manat; 17. Şərbət qabı kod-15 140 ədəd 50 manat cəmi 2000 manat; 18. Konfet qabı mərtəbəli dairəvi 50 ədəd 1 ədəd 60 manat cəmi 3000 manat; 19. Konfet qabı mərtəbəli kvadrat 50 ədəd 1 ədəd 60 manat cəmi 3000 manat; 20. Güzgülü kod TA 1234 500 ədəd 1 ədəd 80 manat=40000 manat; 21. Şamdan kod 843 50 ədəd 90 manat cəmi 4500 manat; 22. Şamdan kod F4110 40 ədəd 1 ədəd 195 manat cəmi 7800 manat; 23. Konfet qabı kod F2249A17 120 ədəd 1 ədəd 175 manat cəmi 21.000 manat; 24. Güldan kod F2370-20 200 ədəd 1 ədəd 220 manat- cəmi 44000 manat; 25. Konfetnisa kod F2370-20 50 ədəd 160 manat cəmi 8000 manat; 26. Mərtəbəli meyvə qabı kod 35-0008 20 ədəd 55 manat cəmi 1100 manat; 27. Qazan kod GV 29728 50 ədəd 80 manat cəmi 4000 manat; 28. Mərtəbəli meyvə qabı Çin istehsalı kod 42-5 30 ədəd 60 manat cəmi 1800 manat; 29. Şamdan 30 dəst 220 manat cəmi 6600 manat; 30. Çərəz qabı Çin istehsalı 60 ədəd 140 manat cəmi 8400 manat; 31. Kiçik konfet qabı Çin istehsalı 40 ədəd 105 manat cəmi 4200 manat; 32. Şirniyyat qabı Çin istehsalı 24 ədəd 140 manat cəmi 3360 manat; 33. Çərəz qabı dəst kod 450 40 ədəd 580 manat cəmi 23.200 manat; 34. Konfet qabı Çin istehsalı kod F1299 48 ədəd 180 manat cəmi 8640 manat; 35. Çaynik kod TA 1540 100 ədəd 1 ədəd 70 manat cəmi 7000 manat; 36. Stəkan (6 dəst olur bir qutu) 100 dəst 70 manat cəmi 7000 manat; 37. Naçnik korolev. 30 ədəd 220 manat cəmi 6600 manat; 38. Naçnik Molod. 30 ədəd 220 manat cəmi 6600 manat; 39. Ədva qabı 190 ədəd 105 manat cəmi 19950 manat; 40.Gözlü mürəbbə qabı 50 ədəd 70 manat cəmi 3500 manat; 41. Çərəz qabı 20 ədəd 290 manat cəmi 5800 manat; 42. Çərəz-meyvə qabı saçaqlı 50 ədəd 170 manat cəmi 8500 manat; 43. Ədva qabı dəst 100 ədəd 57 manat cəmi 5700 manat; 44. Podnos qızılı TA kod. 40 ədəd 70 manat cəmi 2800 manat; 45. Podnos böyük 60 ədəd 100 manat cəmi 6000 manat; 46. Tort qabı Kod TA1650 300 ədəd 1 ədəd 130 manat cəmi 39.000 manat; 47. Çərəz qabı qızılı başı xrustal 50 ədəd 170 manat cəmi 8500 manat; 48. Çərəz qabı Kod TA 650 30 ədəd 45 manat cəmi 1350 manat; 49. Mürəbbə qabı 50 ədəd 20 manat cəmi 1000 manat; 50. Stəkan qulplu, nəlbəkili 40 ədəd 60 manat cəmi 2400 manat; 51. Uzun armudu çaynik 30 ədəd 55 manat cəmi 1650 manat; 52. Çin istehsalı güldan böyük yaşıl rəng kod KY-12L 120 ədəd 195 manat cəmi 23.400 manat; 53. Çin istehsalı güldan orta yaşıl rəng kod KY-12M 120 ədəd 175 manat cəmi 21.000 manat; 54. Çin istehsalı güldan balaca yaşıl rəng kod KY-12S 120 ədəd 145 manat cəmi 17400 manat; 55. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-13L 120 ədəd 180 manat cəmi 21.600 manat; 56. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY13M 120 ədəd 160 manat cəmi 19200 manat; 57. Çin istehsalı meyvə qabı balaca yaşıl rəng kod KY13S 120 ədəd 110 manat cəmi 13200 manat; 58. Çin istehsalı lotka böyük yaşıl rəng kod KY- 54L 120 ədəd 210 manat cəmi 25.200 manat; 59. Çin istehsalı lotka orta yaşıl rəng kod KY-54 M 120 ədəd 180 manat cəmi 21600 manat; 60. Çin istehsalı lotka balaca yaşıl rəng kod KY-54S 120 ədəd 150 manat cəmi 18000 manat; 61. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-44L 120 ədəd 180 manat cəmi 21.600 manat; 62. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 63. Çin istehsalı meyvə qabı balaca yaşıl rəng kod KY-44S 120 ədəd 120 manat cəmi 14.400 manat; 64. Çin istehsalı güldan böyük ağ rəng kod KA-12L 120 ədəd 195 manat cəmi 23400 manat;

65. Çin istehsalı güldan orta ağ rəng kod KA-12M 120 ədəd 175 manat cəmi 21000 manat; 66. Çin istehsalı güldan balaca ağ rəng kod KA12S 120 ədəd 145 manat cəmi 17.400 manat; 67. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-13L 120 ədəd 180 manat cəmi 21600 manat; 68. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-13M 120 ədəd 160 manat cəmi 19200 manat; 69. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA- 13S 120 ədəd 110 manat cəmi 13200 manat; 70. Çin istehsalı lotka böyük ağ rəng kod KA-54L 120 ədəd 210 manat cəmi 25200 manat; 71. Çin istehsalı lotka orta ağ rəng kod KA-54M 120 ədəd 180 manat cəmi 21.600 manat; 72. Çin istehsalı lotka balaca ağ rəng kod KA-54S 120 ədəd 150 manat cəmi 18000 manat; 73. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-44L 120 ədəd 180 manat cəmi 21.600 manat; 74. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 75. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA-44S 120 ədəd 120 manat cəmi 14.400 manat; 76. Çin istehsalı güldan böyük qırmızı rəng kod KQ-12L 120 ədəd 195 manat cəmi 23.400 manat;

77. Çin istehsalı güldan orta qırmızı rəng kod KQ-12M 120 ədəd 175 manat cəmi 21000 manat; 78. Çin istehsalı güldan balaca qırmızı rəng kod KQ12S 120 ədəd 145 manat cəmi 17400 manat; 79. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ-13L 120 ədəd 180 manat cəmi 21.600 manat; 80. Çin istehsalı meyvə qabı orta qırmızı rəng kod KQ-13M 120 ədəd 160 manat cəmi 19200 manat; 81. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-13S 120 ədəd 110 manat cəmi 13200 manat; 82. Çin istehsalı lotka böyük qırmızı rəng kod KQ-54L 120 ədəd 210 manat cəmi 25.200 manat; 83. Çin istehsalı lotka orta qırmızı rəng kod KQ-54M 120 ədəd 180 manat cəmi 21600 manat; 84. Çin istehsalı lotka balaca qırmızı rəng kod KQ-54S 120 ədəd 150 manat cəmi 18.000 manat; 85. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ-44L 120 ədəd 180 manat cəmi 21600 manat; 86. Çin istehsalı meyvə qabı orta qırmızı kod KQ-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 87. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-44S 120 ədəd 120 manat cəmi 14400 manat; 88. Çin istehsalı çərəz qabı qırmızı rəng kod KY-695 120 ədəd 120 manat cəmi 14400 manat; 89. Çin istehsalı çərəz qabı ağ rəng kod KA-695 120 ədəd 120 manat cəmi 14400 manat; 90. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ- 23L 120 ədəd 180 manat cəmi 21600 manat; 91. Çin istehsalı meyvə qabı orta qırmızı rəng kod KQ-23M 120 ədəd 160 manat cəmi 19.200 manat; 92. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-23S 120 ədəd 110 manat cəmi 13.200 manat; 93. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-23L 120 ədəd 180 manat cəmi 21600 manat;

94. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-23M 120 ədəd 160 manat cəmi 19200 manat; 95. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA23S 120 ədəd 110 manat cəmi 13200 manat; 96. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-23L 120 ədəd 180 manat cəmi 21600 manat; 97. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY-23M 120 ədəd 160 manat cəmi 19200 manat; 98. Çin istehsalı meyvə qabı kiçik yaşıl rəng kod KY- 23S 120 ədəd 110 manat cəmi 13200 manat; 99. İtaliya istehsalı meyvə qabı xrustal şüşə 6 ədəd 550 manat cəmi 3300 manat; 100. İtaliya istehsalı güldan 3 ədəd 800 manat cəmi 2400 manat; 101. Monolino KP dəst 8 predmet 15 dəst 800 manat cəmi 12000 manat;

102. Çin istehsalı WZ-4120 meyvə qabı böyük salat rəng 30 ədəd 150 manat cəmi 4500 manat; 103. Çin istehsalı çərəz qabı sarı rəng kod KS-695 120 ədəd 120 manat cəmi 14400 manat; 104. Çin istehsalı WZ-4122 meyvə qabı salat rəngi orta 30 ədəd 120 manat cəmi 3600 manat; 105. Çin istehsalı WZ3030 konfetniça salat rəngi kiçik 30 ədəd 90 manat cəmi 2700 manat; 106. Çin istehsalı güldan kod-F3225/20 saxsı qab 80 ədəd 190 manat cəmi 15200 manat; 107. Çin istehsalı güldan kod-F3215 saxsı qab 50 ədəd 170 manat cəmi 8500 manat; 108. Çin istehsalı şirniyyat qabı saxsı balaca 80 ədəd 110 manat cəmi 8800 manat; 109. Çin istehsalı şirniyyat qabı saxsı böyük 80 ədəd 130 manat cəmi 10400 manat; 110. Çin istehsalı saxsı meyvə çərəz qabı böyük 20 ədəd 450 manat cəmi 9000 manat; 111. Çin istehsalı güldan kod F2370/20 böyük 100 ədəd 210 manat cəmi 21.000 manat; 112. Çin istehsalı saxsı çərəz qabı 150 ədəd 120 manat cəmi 18000 manat; 113. Çin istehsalı saxsı saat montli 30 ədəd 200 manat cəmi 6000 manat; 114. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə böyük kod WC4120 30 ədəd 150 manat cəmi 4500 manat; 115. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə orta kod WC4122 30 ədəd 120 manat cəmi 3600 manat; 116. Çin istehsalı ayağı qızılı, özü rəngli çəhrayı şüşə böyük kod WC3030 30 ədəd 90 manat cəmi 2700 manat; 117. Çin istehsalı alt hissəsi saxsı, üst hissəsi rəngli güllü böyük kod PE19072 30 ədəd 180 manat cəmi 5400 manat; 118. Çin istehsalı alt hissəsi saxsı, yuxarı hissəsi rəngli güllü orta kod PE19073 30 ədəd 150 manat cəmi 4500 manat; 119. Çin istehsalı alt hissəsi saxsı yuxarı hissəsi rəngli, güllü balaca kod PE19074 30 ədəd 130 manat cəmi 3900 manat; 120. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə lotka orta kod WC3105 30 ədəd 150 manat cəmi 4500 manat; 121. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə güldan kod WC1522 30 ədəd 200 manat cəmi 6000 manat; 122. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli ağ şüşə güldan kod WA1522 30 ədəd 200 manat cəmi 6000 manat; 123. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli lotka şüşə kod WA1075 30 ədəd 135 manat cəmi 4050 manat; 124. Çin istehsalı yaşıl ağ qarışıq saxsı böyük kod PE19019 30 ədəd 180 manat cəmi 5400 manat; 125. Çin istehsalı yaşıl ağ qarışıq saxsı orta kod PE19020 30 ədəd 150 manat cəmi 4500 manat; 126. Çin istehsalı yaşıl ağ qarışıq saxsı balaca kod PE19021 30 ədəd 130 manat cəmi 3900 manat; 127. İran istehsalı HESAM qabları H179A 100 ədəd 27 manat cəmi 2700 manat; 128. İran istehsalı HESAM qabları H150A 100 ədəd 65 manat cəmi 6500 manat; 129. İran istehsalı HESAM qabları H478A 100 ədəd 75 manat cəmi 7500 manat; 130. İran istehsalı HESAM qabları H111 100 ədəd 55 manat cəmi 5500 manat; 131. İran istehsalı HESAM qabları H112 100 ədəd 45 manat cəmi 4500 manat;

132. İran istehsalı HESAM qabları H408 100 ədəd 35 manat cəmi 3500 manat; 133. İran istehsalı HESAM qabları H174 100 ədəd 65 manat cəmi 6500 manat; 134. İran istehsalı HESAM qabları H151 100 ədəd 40 manat cəmi 4000 manat; 135. İran istehsalı HESAM qabları H120 100 ədəd 40 manat cəmi 4000 manat; 136. İran istehsalı HESAM qabları H217A 100 ədəd 65 manat cəmi 6500 manat; 137. İran istehsalı HESAM qabları H620 100 ədəd 32 manat cəmi 3200 manat; 138. İran istehsalı HESAM qabları H621 100 ədəd 42 manat cəmi 4200 manat; 139. İran istehsalı HESAM qabları H622 100 ədəd 52 manat 5200 manat; 140. İran istehsalı HESAM qabları H176 100 ədəd 47 manat cəmi 4700 manat; 141. İran istehsalı HESAM qabları H115 100 ədəd 55 manat cəmi 5500 manat; 142. İran istehsalı HESAM qabları H212 100 ədəd 50 manat cəmi 5000 manat;

143. İran istehsalı HESAM qabları H134 100 ədəd 47 manat cəmi 4700 manat; 144. İran istehsalı HESAM qabları H322 100 ədəd 48 manat cəmi 4800 manat; 145. İran istehsalı HESAM qabları H211 100 ədəd 44 manat cəmi 4400 manat; 146. İran istehsalı HESAM qabları H159 100 ədəd 41 manat cəmi 4100 manat; 147. İran istehsalı HESAM qabları H173 100 ədəd 38 manat cəmi 3800 manat; 148. İran istehsalı HESAM qabları H117 100 ədəd 68 manat cəmi 6800 manat; 149. İran istehsalı HESAM qabları H138 100 ədəd 52 manat cəmi 5200 manat; 150. İran istehsalı HESAM qabları H217 100 ədəd 55 manat cəmi 5500 manat; 151. İran istehsalı HESAM qabları H164 100 ədəd 57 manat cəmi 5700 manat; 152. Çin istehsalı Dubaydan gəlib kod WB683 24 ədəd 35 manat cəmi 840 manat;

153. Çin istehsalı Dubaydan gəlib kod WB403 24 ədəd 30 manat cəmi 720 manat; 154. Çin istehsalı Dubaydan gəlib kod WB677 48 ədəd 50 manat cəmi 2400 manat; 155. Çin istehsalı Dubaydan gəlib kod WB734 24 ədəd 60 manat cəmi 1440 manat; 156. Çin istehsalı Dubaydan gəlib kod WB639 24 ədəd 50 manat cəmi 1200 manat; 157. Çin istehsalı Dubaydan gəlib kod WB622 24 ədəd 40 manat cəmi 960 manat; 158. Çin istehsalı Dubaydan gəlib kod WB640 24 ədəd 60 manat cəmi 1440 manat; 159. Çin istehsalı Dubaydan gəlib kod WB638 24 ədəd 48 manat cəmi 1152 manat; 160. Çin istehsalı Dubaydan gəlib kod WB673 24 ədəd 35 manat cəmi 840 manat; 161. Çin istehsalı rəngli podnoslar kod RY-85 50 ədəd 100 manat cəmi 5000 manat; 162. Çin istehsalı rəngli podnoslar kod RY-151 50 ədəd 100 manat cəmi 5000 manat; 163. Çin istehsalı rəngli podnoslar kod RY-145 50 ədəd 100 manat cəmi 5000 manat; 164. Çin istehsalı rəngli podnoslar kod RY-136 50 ədəd 100 manat cəmi 5000 manat; 165. Çin istehsalı rəngli podnoslar kod RY-234 50 ədəd 100 manat cəmi 5000 manat; 166. Çin istehsalı rəngli podnoslar kod RY-162 50 ədəd 100 manat cəmi 5000 manat; 167. Çin istehsalı rəngli podnoslar kod RY-163 50 ədəd 100 manat cəmi 5000 manat; 168. Çin istehsalı rəngli podnoslar kod RY-141 50 ədəd 100 manat cəmi 5000 manat; 169. Çin istehsalı rəngli podnoslar kod RY-146 50 ədəd 100 manat cəmi 5000 manat; 170. Çin istehsalı rəngli podnoslar kod RY-142 50 ədəd 100 manat cəmi 5000 manat; 171. Çin istehsalı rəngli podnoslar kod RY-200 50 ədəd 100 manat cəmi 5000 manat; 172. Çin istehsalı rəngli podnoslar kod RY-250 50 ədəd 100 manat cəmi 5000 manat; 173. Çin istehsalı rəngli podnoslar kod RY-152 50 ədəd 100 manat cəmi 5000 manat; 174. Çin istehsalı salfet və buz qabı kod RY-128 30 ədəd 140 manat cəmi 4200 manat; 175. Çin istehsalı rəngli salfet qabı kod RY-275 30 ədəd 50 manat cəmi 1500 manat; 176. Çin istehsalı rəngli salfet qabı kod RY-190 30 ədəd 50 manat cəmi 1500 manat; 177. Çin istehsalı rəngli salfet qabı kod RY-264 30 ədəd 50 manat cəmi 1500 manat; 178. Çin istehsalı rəngli salfet qabı kod RY-274 30 ədəd 50 manat cəmi 1500 manat; 179. Çin istehsalı Dubaydan gəlib kod TA-1570 100 ədəd 70 manat cəmi 7000 manat; 180. Çin istehsalı Dubaydan gəlib kod TA1483 100 ədəd 55 manat cəmi 5500 manat; 181. Çin istehsalı Dubaydan gəlib mavi termos kod MK-131 48 ədəd 50 manat cəmi 2400 manat;

182. Çin istehsalı Dubaydan gəlib şəffaf su fujer kod MK-128 50 dəst 120 manat cəmi 6000 manat; 183. Çin istehsalı Dubaydan gəlib şəffaf su fujer kod MK-50 50 dəst 120 manat cəmi 6000 manat; 184. Çin istehsalı Dubaydan gəlib kod toy güzgüsü TA1822 100 ədəd 55 manat cəmi 5500 manat; 185. Çin istehsalı Dubaydan gəlib şamdan kod TA-1065 100 ədəd 30 manat cəmi 3000 manat; 186. Çin istehsalı Dubaydan gəlib kod CD-5027 100 ədəd 25 manat cəmi 2500 manat; 187. Çin istehsalı Dubaydan gəlib şamdan bardovu kod TA2342 50 ədəd 220 manat cəmi 11000 manat; 188. Çin istehsalı Dubaydan gəlib şamdan ağ şüşəli kod TA-2342 50 ədəd 220 manat cəmi 11000 manat; 189. Çin istehsalı monolino şamdanlar uzun hündür cəmi say 80 ədəd 270 manat cəmi 21600 manat; 190. Çin istehsalı qara melxiyor şamdanlar fərqli növdə 600 ədəd 60 manat cəmi 36.000 manat; 191. Çin istehsalı qızılı, melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 192. Çin istehsalı, gümüşü melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 193. Çin istehsalı qızılı, melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 194. Çin istehsalı Dubaydan gəlib kod TA-1496 100 ədəd 40 manat cəmi 4000 manat; 195. Çin istehsalı Dubaydan gəlib kod CD5438 100 ədəd 35 manat cəmi 3500 manat; 196. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA-2580 100 ədəd 55 manat cəmi 5000 manat; 197. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA2589 100 ədəd 55 manat cəmi 5000 manat; 198. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod WB-274 100 ədəd 55 manat cəmi 5000 manat; 199. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA-2576 100 ədəd 55 manat cəmi 5000 manat;

200. Çin istehsalı Dubaydan gəlib kod TA-2501 100 ədəd 35 manat cəmi 3500 manat;

201. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 36 predmet HH seriyalı 500 dəst 80 manat cəmi 40000 manat; 202. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 24 predmet EE seriyalı 600 dəst 70 manat cəmi 42000 manat; 203. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 128 predmet çamadan VV seriyalı 100 çamadan 320 manat cəmi 32.000 manat; 204. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 86 predmet çamadan AA seriyalı 100 çamadan 280 manat cəmi 28000 manat;

205. Çin istehsalı Dubaydan gəlib qızılı rəngli aş qara qaşığı, tort lapatqası, bıçağı, kotlet götürən, qayçı CD kodlu 1000 ədəd 25 manat cəmi 25.000 manat; 206. Çin istehsalı Dubaydan gəlib gümüşü rəngli aş qara qaşığı, tort lapatqası, bıçağı, kotlet götürən, qayçı CD kodlu 1000 ədəd 25 manat cəmi 25.000 manat; 207. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus yemək servisi üçün KK seriyalı 6 dəstlər 100 ədəd 60 manat cəmi 6000 manat; 208. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus tək və dəst şəklində (qranit və nerjaveka) olan qazanları 800 ədəd 100 manat cəmi 80.000 manat; 209. Çin istehsalı rəngli podnoslar kod RY-237 50 ədəd 100 manat cəmi 5000 manat; 210. Çin istehsalı Dubaydan gəlib WB seriyalı 2 və 3 mərtəbəli polkası şüşə və nerjaveka olan şirniyyat qabları qızılı rəngdə 500 ədəd 70 manat cəmi 35000 manat; 211. Çin istehsalı Dubaydan gəlib qızılı rəngli TA seriyalı qızılı fərqli növdə podnoslar 100 ədəd 110 manat cəmi 11000 manat; 212. İtalyan firması Çin istehsalı Casaperla çəhrayı servis çay dəsti, yemək dəsti 86 predmet 25 ədəd 950 manat cəmi 23.750 manat; 213. İtalyan firrması Çin istehsalı Casaperla ağ servis çay dəsti, yemək dəsti 86 predmet 20 ədəd 950 manat cəmi 19000 manat; 214. Çin istehsalı Dubaydan gəlib 47 predmet dinner set 6 nəfərlik kod MK-64 RM-301 MK89 40 ədəd 330 manat cəmi 13200 manat; 215. Çin istehsalı Dubaydan gəlib 95 predmet dinner set 12 nəfərlik RM-133 RM145 GL231 30 ədəd 680 manat cəmi 20400 manat; 216. Çin istehsalı Dubaydan gəlib 40 predmet dinner set 6 nəfərlik DİP-22 seriya kodlu 20 ədəd 300 cəmi 6000 manat; 217. Çin istehsalı Dubaydan gəlib güllü 105 predmetlik çay dəsti, yemək dəsti, servis 20 ədəd 1000 manat cəmi 20.000 manat; 218. Çin istehsalı Dubaydan gəlib 24 predmet dinner set 6 nəfərlik 30 ədəd 270 manat cəmi 8100 manat; 219. Çin istehsalı Dubaydan gəlib güllü çay dəsti pərakəndə satılan BC kodlu dəstlər 600 ədəd 50 manat cəmi 30.000 manat; 220. Çin istehsalı Dubaydan gəlib ağ rəngli saxsı plastmas qapağı olan üstlərində limon şəkli əks olunan çay dəsti, yemək dəsti, konfet qabı dəstləri 700 ədəd 50 manat cəmi 35000 manat;

221. Çin istehsalı Dubaydan gələn qırmızı çay dəsti, pərakəndə satılan BC kodlu dəstlər 600 ədəd 50 manat cəmi 30.000 manat; 222. Çin istehsalı Dubaydan gəlib TA seriyalı fərqli kodlarda olan qızılı şüşəli xrustal melxiyor; 223. Konfet qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 224. Mürəbbə qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 225. Ləpə qabları 150 ədəd 75 manat cəmi 11250 manat; 226. Qənd qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 227. Şirniyyat qabları 150 ədəd 50 manat cəmi 7500 manat; 228. Tort qabları 150 ədəd 90 manat cəmi 13500 manat; 229. Meyvə qabları 150 ədəd 150 manat cəmi 22.500 manat; 230. Bal qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 231. Üzərlik qabı 150 ədəd 55 manat cəmi 8250 manat; 232. Üst hissəsi plastmas qapaqlı 300 ədəd 80 manat cəmi 24.000 manat; 233. Çin istehsalı TA 1054, 500 ədəd 220 manat 1 ədəd cəmi 110.000; 234. Çin istehsalı bal rəngində KS-13L 50 ədəd x 180=9000; 235. Çin istehsalı bal rəngində KS-13M 50 ədəd x 150=7500; 236. Çin istehsalı bal rəngində KS13S 50 ədəd x 120=6000; 237. Çin istehsalı bal rəngində KS-12M 50 ədəd x 200=10000; 238. Çin istehsalı bal rəngində KS-23 50 ədəd x 180=9000; 239. Çin istehsalı bal rəngində KS-23M 50 ədəd x 150=7500; 240. Çin istehsalı bal rəngində KS-23S 50 ədəd x 120=6000; 241. Çin istehsalı bal rəngində KS-44L 50 ədəd x 170=8500; 242. Çin istehsalı bal rəngində KS-44M 50 ədəd x 120=6000; 243. Çin istehsalı bal rəngində KS44S 50 ədəd x 95=4750; 244. Çin istehsalı bal rəngində KS-44SS 50 ədəd x 70=3500;

245. Çin istehsalı bal rəngində KS-54L 50 ədəd x 170=8500; 246. Çin istehsalı bal rəngində KS-110 naçnik 30 ədəd x 180=9000; 247. Çin istehsalı bal rəngində KS-354 50 ədəd x 90=4500; 248. Çin istehsalı bal rəngində KS-09 50 ədəd x 160=8000; 249. Çin istehsalı bal rəngində KS şamdan 2 cür 100 ədəd x 120=12000; 250. Çin istehsalı qırmızı rəngdə KQ-09 50 ədəd x 160=8000; 251. Çin istehsalı qırmızı rəngdə KQ-453 40 ədəd x 190=7600; 252. Çin istehsalı qırmızı rəngdə KQ-354 50 ədəd x 90=4500; 253. Çin istehsalı qırmızı rəngdə KQ-190 30 ədəd x 180=5400; 254. Çin istehsalı qırmızı rəngdə KQ-04 50 ədəd x 140=7000; 255. Çin istehsalı qırmızı yaşıl rəngdə KY-09 50 ədəd x 160=8000; 256. Çin istehsalı yaşıl dəst KM kodlu 20 dəst x 580=11600; 257. Çin istehsalı ağ rəngdə KA-15 50 ədəd x 190=9500; 258. Çin istehsalı yaşıl rəngdə güldan KY-15 50 ədəd x 190=9500; 259. Çin istehsalı ağ rəngdə KA-09 50 ədəd x 160=8000; 260. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar 20 qutu 4 ədəd olur RY-133 80 ədəd x 110=8800; 261. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar RY-144 50 ədəd x 110=5500; 262. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar RY-207 60 ədəd x 110=6600 manat; 263. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 131 100 ədəd x 45=4500; 264. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 145 100 ədəd x 65=6500;

265. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 115 100 ədəd x 60=6000; 266. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 111 100 ədəd x 40=4000; 267. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 160 100 ədəd x 68=6800; 268. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 320 100 ədəd x 46=4600; 269. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 321 80 ədəd x 42=3360; 270. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 322 90 ədəd x 38=3420; 271. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 174 100 ədəd x 42=4200; 272. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 151 100 ədəd x 43=4300;

273. Çin istehsalı V kodlu güldanlar, meyvə qabları, konfet qabları, ümumi dəyəri 36.000 manat olan mallar; 274. Çin istehsalı Montli firması F kodlu tort qabı 100 ədəd x 140=14000 manat-əşyaların hər bir ədədi üzərində ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə isə cavabdeh X4 pay hüququnun müəyyən edilməsi, qeyd olunan əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaitinin cavabdeh X3 tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 3.391 (üç min üç yüz doxsan bir) manat dövlət rüsumunun 2.373 (iki min üç yüz yetmiş üç) manatının cavabdeh X3 alınıb iddiaçı Tələbkar ödənilməsi, qalan 1.018 (bir min on səkkiz) manat dövlət rüsumunun isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən tərəflər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(103)-5643/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X2 qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki kollegiyasının 09 aprel 2024-cü il tarixli 2(102)-880/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023cü il tarixli, 2(103)-5643/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsində “əşyaların hər bir ədədi üzərində 1/2 hissədə iddiaçı Tələbkar, 1/2 hissədə isə cavabdeh X4 pay hüququ müəyyən edilməsi” qeyd edərkən, həmin əşyaların 1/2 hissəsinin borcludan naturada alınaraq Tələbkar verilməsini və yalnız pay hüququnun müəyyən edilməsini nəzərdə tutması barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 iyul 2024-cü il tarixdə icra məmuru ilə borclunun nümayəndəsi Vəkil görüşmüş, icra məmuru qətnamənin 274 adda əşyaların hər bir ədədi üzərində 1/2 hissədə iddiaçı Tələbkar, 1/2 hissədə isə cavabdeh X4 pay hüququnun müəyyən edilməsi hissəsini həmin əmlakların 1/2 hissəsini naturada borcludan alaraq Tələbkar verilməsi kimi icra edəcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar izahat verərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında borclu və onun vəkili ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası İcra haqqında Qanunun 14-cü maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Hazırkı ərizədə borclu Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə izah verilməsini xahiş etmişdir, lakin məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsində izah verilməsi üçün hər hansı qeyri-müəyyənlik və yaxud aydın olmayan hər hansı ifadələr müəyyən edilməmişdir. Sözügedən qətnamə aydın şəkildə tərtib edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında məhkəmə qətnaməsi əsasında paylarının tanındığı 274 adda əşya eyni xarakterli əşyalardır. Qətnamənin icrası zamanı bu əşyaların bölgüsü tərəflərin iradə ifadəsi əsasında bölüşdürülə bilər. Belə bölgü mümkün olmadıqda, tərəflər bölgüsü mübahisə yaradan əmlaklar üzrə naturada bölgü ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı :

X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(011)- 1769/2022 saylı qətnaməsinin izah olunmasına dair ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar