Məhkəmə qərarları › İş №8(011)-668/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-668/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-668/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin 13 mart 2025-ci il tarixli qərarından X2 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Xətai rayon İcra Şöbəsinin 13 mart 2025-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Xətai rayon İcra Şöbəsi xx.xx.2025ci il tarixdə Vüsalə Əliyeva barəsində olan 2(01l)-2304/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən yenidən borclu qismində icraata başlamışdır. Borclu barəsində çıxarılmış yuxarıda göstərdiyi 2(011)-2304/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarın icrası ilə əlaqədar olaraq 2018-ci ildə borclu İran İslam Respublikasına gedərkən Biləsuvar gömrükxanasında saxlanılmış və ona bildirilmişdir ki, "Bank of Baku” ASC-yə olan borcuna görə ölkədən çıxmağına qadağa qoyulmuş və məcburi gətirilməyi barədə qərar mövcuddur. Borclunu gömrük işçiləri Biləsuvar Rayon Polis Şöbəsinə təhvil vermiş. Həmin vaxt yanında olan həyat yoldaşı X8 təcili Bakı şəhərinə qayıtmış və Xətai rayon İcra Şöbəsində adını bilmədiyi bank işçisinə borclunun məhkəmə qərarında qeyd olunan borcunu ödəmişdir. Bundan sonra borclu İcra Şöbəsindən borcunun ödənildiyinə görə saxlanılmağına lüzum olmadığı üçün məktub götürüb Biləsuvar rayon Polis Şöbəsinə təqdim etmiş və onu buraxmışlar. Daha sonra borclunun ölkədən çıxmağına qoyulmuş məhdudiyyət də aradan qaldırılmışdır. 2018-ci ildən sonra borclu İran İslam Respublikasına, Rusiyaya dəfələrlə gedib-gəlmişdir. Həmçinin onun banka olan borcu barədə 2018-ci ildən sonra heç bir xəbərdarlıq və ya bir zəng və ya başqa bir məlumat verilməmişdir. 2025-ci ildə bankın işçisi borcluya zəng edərək bildirmişdir ki, onun "xxxx" ASC-yə 700 manat borcu vardır. Əgər onun 320 manatını ödəyərəsə, borcu tamamilə silərlər. Həmin vaxt borclunun həyat yoldaşı banka getmiş və yuxarıda qeyd etdiyi bütün məlumatları bank işçilərinə çatdırmışdır. 5 gün bundan əvvəl Xətai rayon İcra şöbəsinin icraçısı zəng edərək borclunu İcra Şöbəsinə dəvət etmişdir. İcra Şöbəsində barəsində şikayət verdiyi qərarı təqdim etmişdir. Həmin borc üzrə yenidən icraata başlandığını göstərmişdir. Həmin borc 2018-ci ildə İcra Şöbəsində icraçının iştirakı ilə banka ödənilmişdir. Sonradan borclunun banka borcu olmadığında görə barəsində bütün tədbirlər dayandırılmışdır. Borclu göstərilənlərə əsasən, Xətai rayon İcra Şöbəsinin 13 mart 2025-ci il tarixli qərarının icrasını banka borcu olmadığına görə dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, icra işi materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2304/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, 453,6 manat məbləğində əsas borc, 253,55 manat məbləğində faiz borcu, cəmi 707,15 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu xx.xx.1987-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra işi materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 13 mart 2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Məhkəmə şikayəti və icra işi materiallarını araşdıraraq hesab edir ki, borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli icra sənədi üzrə öhdəliyini icra etdiyini və bu səbəbdən həmin icra işinin dayandırılmasını (xitam verilməsini) xahiş etsə də, məhkəməyə borcun ödənilməsini təsdiq edən sənədləri təqdim etmədiyindən, eyni zamanda icra işi materiallarında icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərar mövcud olmadığından, beləliklə, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X2 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin 13 mart 2025-ci il tarixli qərarından verilən şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar