Məhkəmə qərarları › İş №8(011)-669/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-669/2023

07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-669/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, Borclunun nümayəndəsi X1, Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu ilə Tələbkar arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə müraciətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ilə Tələbkar arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Tələbkar məhkəmə baxışı zamanı izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu tərəfindən birdəfəlik 9000 manat məbləğində aliment icra şöbəsinin depozit hesabına köçürülüb. Borclunun nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. İcra məmuru Tural Rəhimov məhkəmə baxışı zamanı izahat verərək barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, icra məmurunun müraciətini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İşdə olan icra vərəqəsindən görünür ki, Tələbkar Borclu qarşı aliment tələbi barədə iddiası qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin borcludan alınaraq tələbkara ödənilməsi, 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 66.32 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, tələbkarla borclu qətnamənin icrası mərhələsində razılığa gələrək bu barədə xx.xx.2023-cü i tarixdə Barışıq sazişi bağlamışlar. Lakin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 1-5, 7 və 10-cu bəndləri Xətai rayon Məhkəməsinin alimentlə bağlı 2(011)-2731/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olsa da, sazişdə məhkəmə qətnaməsi ilə nəzərdə tutulmayan məsələlərə qiymət verilməklə digər məsələlər barədə bəndlər əlavə edilmişdir. Belə ki, Barışıq Sazişinin 6-cı bəndində - cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü uşaqların anası ilə xarici ölkələrə səfər etməsi və uşaqların 18 yaşı tamam olanadək atasının razılığı tələb olunan bütün sənədləşmə işlərinin aparılması üçün iddiaçı X3 tam etibarnamə verməsi və həmin etibarnamənin sonradan ləğv edilməsinin cavabdeh Borclu qadağan olunması, 8-ci bəndində - “cavabdeh Borclu bəyan edir ki, iddiaçı X3 narahtlılıq yaradan bütün hərəkətlərdən çəkinir və ona qarşı uşaqla ünsiyyətə dair hər hansı iddiada olmur”, 9-cu bəndində - “Tərəflər bəyan edirlər ki, qeyd olunan 9000 manat pul vəsaiti onların əvvəllər yaşadığı Hövsan qəsəbəsində yerləşən özbaşına tikilinin satılması yolu ilə əldə olunan pul vəsaiti olmaqla həmin mənzildə yaşamaq hüququnu itirirlər və bir daha bu iddiada olmurlar” qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda Barışıq sazişinin 6,8 və 9-cu bəndlərində qeyd edilənlər icra vərəqinin verilməsinə əsas olmuş mülki iş üzrə mübahisə predmeti olmadığından və məhkəmə qətnaməsi də yalnız tərəflər arasındakı alimentlə əlaqədar mübahisə ilə bağlı qəbul edildiyindən, digər məsələlərə dair tərəflər arasındakı razılaşma hazırki qaydada yəni icra sənədi üzrə icranı həyata keçirən icra məmurunun təqdimatı əsasında icra mərhələsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə təqdimat əsasında təsdiq edilə bilməz. Digər bəndlərlə bağlı isə məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək alimentin tutulması ilə bağlı mübahisənin həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən, buna görə də barışıq sazişinin təsdiq edilərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişinin alimentlə bağlı bəndləri təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu ilə Tələbkar arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin:

1. İddiaçı X5 9000 (doqquz min) manat pul vəsaitini Borclu alaraq uşaqların 18 yaşı tamam olanadək aliment tələbindən imtina edir.

2. Cavabdeh Borclu qeyd olunan 9000 manat pul vəsaitini iddiaçı X2 xeyrinə alimentin birdəfəlik üsulu kimi ödəyərək uşaqların 18 yaşı tamam olanadək aliment öhdəliyindən azad olunur.

3. İddiaçı X5 bu barışıq sazişini imzaladıqdan sonra cavabdeh Borclu Xətai rayon icra şöbəsi tərəfindən göndərilmiş və AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində alimentin ödənilməməsi ilə bağlı başlanılmış cinayət işinə barışığa gəlməklə əlaqədar cinayət işinə xitam verilməsi barədə ərizə verir.

4. Cavabdeh Borclu qeyd olunan 9000 manat pul vəsaitini bu saziş imzalan gün Xətai rayon icra şöbəsinin depozit hesabına ödəyir.

5. Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan və qərardad qüvvəyə mindikdən sonra 9000 manat pul vəsaiti İddiaçı X2 bank hesabına köçürülür.

6. İddiaçı X5 bəyan edir ki, qeyd olunan 9000 manat birdəfəlik üsulla verilmiş alimenti aldıqdan sonra bir daha aliment iddiasında olmur.

7. Bu barışıq sazişi təsdiq olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-2731 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra sənədi ilə bağlı icraata xitam verilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar