Məhkəmə qərarları › İş №8(011)-670/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-670/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-670/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra X12 iştirakı ilə X11 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra şöbəsinin icra X12 və İcra Şöbəsinin rəisi Vüqar Hüseynovun xx.xx.2022-ci il tarixli,2(011)-1748/2022 nömrəli icra işi üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsi (hakim:Ş.Əliyev) xx.xx.2022-ci il tarixli 2(011)- 1748/2022saylı mülki iş üzrə mənim cavabdeh X3 qarşı pul tələbinə dair iddiamı təmin etmişdir. Cavabdeh Xətai rayon məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyası şikayəti rədd etmiş, qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsi əvvəlcə Xətai rayon İcra Şöbəsinə, sonra cavabdeh- Mehriban İsmayılovanın yaşadığı Suraxanı rayon İcra Şöbəsinə, oradan İcra işi Yasamal rayon İcra Şöbəsinə,xeyli müddət hərəkətsiz saxlanıldıqdan sonra yenidən Xətai rayon İcra Şöbəsinə qaytarılaraq İcra X12 icraatına verilmişdir. İcra məmuru məhkəmə qərarı olmadan icra işini hissə-hissə ödənilməsini təmin etməklə ödənişi əhəmiyyətsiz etmiş,hazırda icra işi hərəkətsiz saxlanılır.İcra məmurundan dəfələrlə Sizə şikayətlər vermiş,cəzalandılmasını tələb etmişəm,Bakı Apellyasiya məhkəməsi məni zərər çəkmiş qismidə tanımasına baxmayaraq (hakim:İ.Murğuzov) icra işi yenidən hərəkətsiz saxlanılmışdır.Bu gündək dəfələrlə İcra Şöbəsinə verdiyim etiraz və şikayətlərə əhəmiyət verilməmiş, ümumiyyətlə bu günədək cavablandırılmamışdır. Ona görə də Xətai rayon İcra şöbəsinin İcra X12 hərəkətsizliyindən Xətai rayon məhkəməsinə şikayət verdim. Xətai rayon məhkəməsi (hakim:Ş.Əliyev) xx.xx.2024-cü il tarixdə 8(011)-309/309 nömrəli qərardadla şikayətimi rədd etmişdir. Qanuna görə işə baxmış məhkəmə qəbul etmiş olduğu qətnamənin icra edilməsində maraqlı olmalı və icranı təmin etməlidir.Lakin göründüyü kimi Xətai rayon məhkəməsi. İcra işinin İcra məmuru və Şöbə rəisi tərəfindən süründürməçiliyə salınmasına göz yumur,verdiyim şikayətləri heç bir əsas və dəlil olmadan rədd edir. Məhkəmə qərardadı olmadan icra işi üzrə pul vəsaitin ödənilməsi hissə-hissə icra edilir. İcra Məmuru və İcra Şöbəsinin rəisi heç bir təsirli icra hərəkətləri etmir,vəzifəsini açıq-aydın icra etməkdən imtina edir. Xətai rayon İcra Şöbəsinin İcra X12 və rəisinin hərəkətsizliyi qanunsuz hesab olunmalı və onlar cəzalandırımalıdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Republikası Ali Məhkəməsi Plenumun Qərarnda göstərilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Bununla belə, Xətai rayon məhkəməsi, Xətai rayon İcra Şöbəsinin İcra X14,İcra Şöbəsinin rəisi Vüqar Hüseynov borcluya himayədarlıq edirlər. Mənim hər dəfə şikayətimdən sonra təxminən 200man.pul ödənilir.Deməli 5300manatı almaq üçün 26.5 dəfə şikayət etməliyəm. Ona görə də bu icra işi üzrə sounucu dəfə şikayət edirəm, bundan sonra şikayətim AİHM-nə təqdim ediləcəkdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilli izahatında bildirdi ki, icra sənədi icra şöbəsinə aidiyyətə daxil olduqdan sonra icraata başlamaq haqqında qəbul edilmiş, borcluya icra sənədini icra etməsinə dair rəsmi bildiriş göndərilmişdir, icra işi Yasamal rayon icra şöbəsində olarkən borclu axtarışa verilmiş, axtarış davam etdirilməsi üçün Yasamal rayon Polis idarəsinə və DİN-ə göndərilmiş, bundan sonra borclu tapılaraq icra şöbəsinə gətirilmiş və borclu X5 icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə borclu 500 manat məbləğində cərimə edilmişdir, oktyabr ayının 3-də borclu tərəfindən 1150 manat məbləğin ödənilməsi təmin edilmişdir, hazırda da icra işi davam etdirilir. Sonda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra X14 qeyd etdiklərinin nəzərə alınaraq, şikayətin təmin edilməməsini masını xahiş etdi. Ərizəçi - tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, cavabdeh X1 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X9 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, 67 (altmış yeddi) manat dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, X7 “X6 7500 manat pul tutularaq ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022-012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə X3 ünvanlanmış bildiriş xx.xx.2023-cü il tarixdə onun tərəfindən imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon icra şöbəsindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu X5 barəsində axtarış elan edilmiş və həmin qərar icra olunması üçün Bakı şəhəri Yasamal rayon Polis idarəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon icra şöbəsindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən borclu X3 xəbərdarlıq ünvanlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Polis idarəsinə borclu X5 barəsində olan axtarış tədbirlərinin surətləndirilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, borclu kimi axtarılan X5 xx.xx.2023cü il tarixdə saxlanılaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə Mehriban İsmayılova barəsinə açılmış xx.xx.2023-cü il tarixli 91276 nömrəli axtarış işinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, borclu X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, işləmədiyi və imkanı olmadığı üçün icra sənədi üzrə tələbi icra etmədiyini, ödəniş etmədiyini, adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını, ödənişi hissə-hissə yerinə yetirəcəyini bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə borclu X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1748/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokolu baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(011)-2945/2023 saylı qərarı ilə borclu X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Bakı Apellyasiya məhkəməsi (hakim: İ.Murğuzov) xx.xx.2023-ci il tarixdə, 3(103)-1724/2023 nömrəli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin borclu-cavabdeh X2 barəsində olan xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, T.T. Teymurov xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Şöbəsinə ərizə verərək cavabdeh-borclu X2 qanuni qüvvəyə minmiş 2(011)-1748/2022 nömrəli 06 iyul 2022-ci il tarixli icra vərəqəsini qərəzli icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması barədə müvafiq təqdimat verilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qəbzlə X5 tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon icra şöbəsinə 1150 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə tələbkar T.T. Teymurovun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, T.T. Teymurovun hesabına 350 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X9, 67 (altmış yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə və Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir, icra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir, Bakı şəhəri Yasamal icra şöbəsi xx.xx.2023cü il tarixdə ilə borclu X5 barəsində axtarış elan edilməsinə dair qərar qəbul etmişdir, xx.xx.2022-ci il tarixdə icra sənədi Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir və hazırda Xətai rayon icra şöbəsinin icra X12 icraatındadır, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən borclu X3 xəbərdarlıq ünvanlanmış, Bakı şəhəri Yasamal rayon Polis idarəsinə borclu X5 barəsində olan axtarış tədbirlərinin surətləndirilməsi üçün tədbirlər görülməsi barədə məktubla müraciət edilmiş, borclu X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə təhvil verildikdən sonra onun izahatı alınmış, borclu X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokolu baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(011)-2945/2023 saylı qərarı ilə borclu X5 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir, X5 tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə 1150 manat məbləğin ödənilməsi təmin edilmişdir. Məhkəmə, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən borcluya xəbərdarlıq ünvanlanmış, axtarış nəticəsində tapıdıqdan sonra izahatı alınmaqla icra sənədini icra etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndərilmiş, bundan sonra borclu tərəfindən icra sənədi üzrə ümumi öhdəlikdən 1150 (min yüz əlli) manat məbləğin ödənilməsi təmin edilmişdir, hazırda da icra işi davam etdirilir, icra X12 və icra şöbəsinin rəisi Vüqar Hüseynovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X8 “Xətai rayon İcra şöbəsinin icra X12 və İcra Şöbəsinin rəisi Vüqar Hüseynovun xx.xx.2022-ci il tarixli,2(011)-1748/2022 nömrəli icra işi üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması” barədə şikayəti rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar