Məhkəmə qərarları › İş №8(011)-672/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-672/2024

22.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-672/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə X1 atası Borclu alınaraq anası Tələbkar verməli və anasının yanında saxlanılmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Lakin tələbkar X2 məhkəməyə teleqramla müraciət edərək, övladının xəstə olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, xx.xx.2018-ci il təvəllüdlü X1 atası Borclu alınaraq anası Tələbkar verməli və anasının yanında saxlanılmalıdır. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 10 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında 10 fevral 2023-cü il tarixdə Borclu göndərilmiş, Borclu oğu tərəfindən 04 iyul 2023-cü il tarixdə tarixdə təhvil alınmışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov və Tələbkar tərəfindən imzalanmış 15 mart 2024-cü il tarixli aktın surətindən xx.xx.2024-cü il tarixinə saat 11:00-a təyin olunmuş və bu barədə tərəflərə qabaqcadan məlumat verilmişdir. Təyin olunmuş vaxtda Tələbkar təyin olunmuş vaxtda şöbənin inzibati binasına gəlmişdir. Borclu məxsus ***- ***-**-** telefon nömrəsinə dəfələrlə zəng edilməsinə baxmayaraq sonuncu zənglərə cavab verməmiş və Mədinə adlı uşağı gətirməməklə şöbəyə gəlməmişdir. Bu səbəbdən qeyd olunan icra sənədini icra etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2022- 008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən, Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1986-cı il tarixdə Göygöl şəhəri, Hacıməlik kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar