Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-674/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi X1 iştirakı ilə, X1 qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1717/2022 nömrəli qətnaməsinə izah verilərək, qətnamədə göstərilən 1% ödənc əmək müqaviləsində göstərilən 1105 manat olan əmək haqqı rəqəmi üzərindən hesablanmasını və ödənc üzrə faizlər hesablanarkən hər gecikən ayın əmək haqqısı üzrə faizlər gündəlik olaraq ayrıca hesablanmalı və sonda alınan bütün məbləğlərin toplanmasını (ilk gecikən iyul 2021 əməkhaqqı üzrə gecikmə faizi 419 gün (1 avqust 2021-ci il tarixdən 9415.12 manat ödənildiyi günə kimi) üçün ayrıca, son gecikən aprel 2022-ci il əmək haqqısı üzrə faizlər isə 155 gün ayrıca, digər arada olan aylar da eyni qaydada ayrıca, və sonradan alınan rəqəmlər toplanmalıdır) xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Teymur Əhmədov adına "xxxx" QSC-nə və Teymur Əhmədov adına "xxxx" QSC-nin "Grante Trading" filialına qarşı iddiası üzrə Xətai Rayon Məhkəməsi 2(011)-1717/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən, cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən X3 işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, Teymur Əhmədov adına "xxxx" QSC-nin X3 işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və X3 xx.xx.2021-ci il tarixdən işə bərpa edilməsinə dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat daxil edilməsi vəzifəsi Teymur Əhmədov adma "xxxx" QSC-nə həvalə olunması, o cümlədən xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına "xxxx" QSC-dən alınaraq X3 xeyrinə tutularaq X4 ödənilməlidir. Qətnamənin icrası üçün iş Göyçay Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən müvafiq əmrlər ləğv edilmiş, mən isə işə bərpa olunub, sonra da isə 20 aprel 2022-ci ildə ərizə yazaraq işdən ayrılmışam. Qətnamədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aprılan qeydlərin silinməsi və düzgün informasiyanın ora daxil edilməsi cavabdeh tərəfindən çox sonra icra edilmişdir, lakin bu mübahisə predmeti deyil. Bununla belə, işə bərpa edilmiş dövr 01 iyul 2021-ci ildən 20 aprel 2022-ci il tarixləri aralığını əhatə edir və həmin dövrə görə əmək haqqı ödənilməlidir. Qətnamənin 13 aprel 2023-cü ildə çıxarılmasına baxmayaraq, cavabdeh yalnız xx.xx.2022 tarixində 9415.22 manat pul ödəmişdir və şifahi olaraq bildirmişdir ki, bu əmək haqqı borcunun ödənişidir. Lakin, qətnamədə göstərilən "əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adma "xxxx" QSC-dən alınaraq X3 xeyrinə tutularaq X4 ödənilməlidir" hissəsi hələ də icra olunmamış qalmaqdadır. Göyçay Rayon İcra və Probasiya Şöbəsinin işçilərinin sözlərinə görə, qətnamənin "əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adma "xxxx" QSC-dən alınaraq X3 xeyrinə tutularaq X4 ödənilməlidir" hissəsinin icrası onlar üçün çətinlik yaradır, belə ki, onlar bu cümləni anlamaqda çətinlik çəkirlər. Eyni zamanda, Teymur Əhmədov adına "xxxx" QSC xx.xx.2023 tarixli ərizə ilə Xətai Rayon məhkəməsinə müraciət edərək qətnaməyə izah verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edim ki, Xətai Rayon məhkəməsi 8(011)- 379/2023 iş üzrə qərardad qəbul etmiş və həmin ərizənin izah edilməsinə dair ərizəni rədd etmişdir. İddiaçı hesab edir ki, borclu və icra şöbəsi sövdələşərək qəsdən qətnaməni təhrif etmişdilər. Belə ki, borclu ərizədə qeyd etmişdir ki, qətnamə ilə nəzərdə tutulan ödənc 991 manat hesablanmış əmək haqqıdan tutulmalıdır. Lakin qətnamədə birbaşa göstərilib ki, ödənc əmək haqqıdan tutulmalıdır. İddiaçı qeyd edir ki,əmək müqavilənə görə və əmək müqaviləsi bildirişinə əsasən aylıq əmək haqqı 1105 manat (GROSS əmək haqqı) təşkil etmişdir. Qətnamədə göstərilən "xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc" hesablanmış və karta köçürülən məbləğdən deyil, əmək müqaviləsində göstərilmiş 1105 manat təşkil edən əmək haqqıdan hesablanıb ödənilməlidir. Digər tərəfdən, borclu ərizəsində qeyd edir ki, onun üçün qaranlıq qalmışdır ki, ödənc bir əmək haqqıdan hesablanmalıdır (əmək haqqı x 1% x gecikən gün), yoxsa ümumi gecikən əmək haqqıdan (onların hesablanmasına görə gecikmiş əmək haqqının cəmi məbləği təşkil edən 9415.12 manat puldan (9415.15 x 1%). Borclu qəsdən qətnaməni təhrif edir və qətnaməni anlamamış kimi çıxış edir, lakin qətnamədə bu hissə düzgün qeyd olunub. Xətai Rayon Məhkəməsinin hakimi Lalə xanım Rəhimli əmək qanunvericiliyinin normalarını düzgün tətbiq edərək hesab etmişdir ki, əmək haqqı aylıq ödənilir və gecikmə növbəti ayın ilk günündən (əmək haqqı ödənilməlidir ayın sonuncu günü, növbəti ayın birinci günü isə ödənilməyən əmək haqqı gecikmiş hesab olunur) başlayır və bu gündən etibarən həmin gecikmiş əmək haqqıya faiz hesablanmalıdır. Növbəti (ikinci) ayın əmək haqqısı gecikdikdə isə, ondan sonra gələn (üçüncü) ayın 1-dən əvvəlki (ikinci) ayın əmək haqqısına görə ödəniləcək faiz ilə birlikdə, birinci ayın faizi də hesablanmalıdır və bu qayda növbəti aylarda eyni olaraq tətbiq olunmalıdır. Məhz bunda görə də, Xətai Rayon Məhkəməsinin hakimi Lalə xanım Rəhimli qətnamə ilə iddiaçı xx.xx.2021-ci ildən işə bərpa edib, ödəncin ödənilməsini isə xx.xx.2021 il tarixindən ödənilməsini qət edib. Belə ki, iddiaçı bərpa olunmalı idi. xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixindən iddiaçıya 2021-ci ilin iyul ayı üzrə əmək haqqı verilməli idi, bu verilmədikdə isə növbəti gün gecikmə hesab olunurdu (xx.xx.2021) və həmin tarixdən faiz hesablanmalı idi. Məhkəmə iclasında iştirak edən X2 ərizəsini təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1717/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Teymur Əhmədov adına “Aznar" QSC tərəfindən X3 işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, Teymur Əhmədov adına “Aznar" QSC-nin X3 işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və X3 xx.xx.2021ci il tarixdən işə bərpa edilməsinə dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat daxil edilməsi vəzifəsinin Teymur Əhmədov adına "xxxx" QSC-yə həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi içş buraxma müddəti üçün hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021- ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına “Aznar" QSC-dən alınaraq X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1717/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-674/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-674/2023
13.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver