Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-678/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova borclunun mülkiyyətində olan "Hyundai Elantra" minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı və "VAZ 21013" minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 523/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 32156.39 manat məbləğində pul vəsaiti və 200 dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-6616/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borcludan 2822.56 manat məbləğində pul vəsaiti və 50.55 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarları qəbul olunaraq, surətləri bildirişlərlə bərabər icra sənədləri üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun izahatı alınmışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan "HYUNDAİ ELANTRA” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı və "VAZ 21013" minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, borclunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Belə ki, iş materiallarında olan borclu şəxsin elektron gəlir məlumatlarından görünür ki, təqdimatda qeyd edilən avtomobillər borclunun adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən borc ödənilmədiyindən, bununla da pul məbləğinin borcludan tutulmasınının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmuru haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Lakin məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, avtomobillərdən yalnız "Hyundai Elantra" minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən müddəanın mənasından da göründüyü kimi, qanun tələb edir ki, tətbiq edilən məhdudiyyət icra tədbirinə mütənasib olmalı və qətnamənin icrası məqsədlərindən həddən artıq kənara çıxmamalıdır. Başqa sözlə, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyulmalıdır. Təqdimatda qeyd edilmiş borcluya məxsus müxtəlif markalarda olan avtomobillərin üzərinə həbsin qoyulması görülən icra tədbirinə mütənasib olmamaqla, həm də qətnamənin icrası məqsədlərindən kənara çıxır. Nəzərə alınmalıdır ki, görülən icra tədbiri qətnamənin icrasına xidmət etsə də, bu borclunun həddən artıq ağır maddi vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ödənilməli olan borc məbləğinə mütənasib olmaqla təqdimat qismən təmin edilməli, borcluya məxsus bir avtomobilin - "Hyundai Elantra" minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtobomilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "Hyundai Elantra" minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-678/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-678/2024
18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver