Məhkəmə qərarları › İş №8(011)-68/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-68/2024

01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-68/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov – Borclu məxsus olan “HYUNDAİ SANTA FE" minik markalı, **-XF-*** dövlət qeydiyyat avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)- 1543/2022-023 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun borclular X3 və Borclu qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməlidir. Borclular X1 və Borclu müştərək qaydada 366.71ABŞ dolları əsas, 241,01 ABŞ dolları faiz, 1544,01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 52,40 ABŞ dolları faiz borcu olmaqla cəmi 2204,13 ABŞ dolları kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 57,48 manat dövlət rüsumu tutularaq iddiaçı LPO Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu cğlunun icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “HYUNDAİ SANTA FE" minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, o, kredit borcunu artıq ödəmişdir. Buna görə də təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun və tələbkarın nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1513/2022 saylı icra vərəqəsi ilə X4 Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3 və Borclu qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X1 və Borclu müştərək qaydada 366,71 (üç yüz altmış altı dollar yetmiş bir sent) ABŞ dolları əsas, 241,01 (iki yüz qırx bir dollar bir sent) ABŞ dolları faiz, 1544,01 (min beş yüz qırx dörd dollar bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki dollar,qırx sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 2204,13 ABŞ dolları( iki min iki yüz dörd ABŞ dolları on üç sent) kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 57,48 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildiriş və icraata başlama barədə xx.xx.2022-ci il tarixli qərarı məlumat üçün borcluya göndərilmişdir. Məhkəmə iclasında borclu tərəfindən məhkəməyə təqdim edilmiş LPO Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1513/2022 saylı qətnaməsi üzrə öhdəlik xx.xx.2023-cü ildə yerinə yetirilmiş, hazırda X2 və Borclu qeyd olunan məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəlikləri yoxdur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb edilən pul vəsaiti borclular tərəfindən icra edildiyindən hazırkı təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar