Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-680/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, X13 nümayəndəsi X15, eyni zamanda onun vəkili X12, X2 iştirakları, X13 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X21 icra mərhələsində qərarın dəqiq icra olunması üçün yerli baxış keçirilməsini və ona məxsus binanın 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin yan qonşularının kimlər olmasını və hazırda ona təqdim edilən mənzilin yan qonşularının kimlər olmaqla mənzilin nörməsinin və mərtəbəsinin dəqiq müəyyən olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərmişdir ki, onun, AENT-E MMC-yə qarşı onunla borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləyə və xx.xx.2013-cii il tarixli 195 saylı maliyyə arayışına əsasən Bakı səhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 75,46 kv.metr olan mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia tələbi olmuşdur. Həmin iş üzrə Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsi qəbul olunmuş və iddiası təmin edilməklə Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 75,46 kv.metr olan mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə yönəldilmişdir. Ali Məhkəmənin qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq həmin vaxtdan İcra vərəqəsi verilməsinə baxmayaraq Xətai Rayon İcra Şöbəsi müxtəlif bəhanələrlə icra vərəqəsini icra etməkdən yayınmışdır. İndi isə qətnaməni səhv icra edərək ona öz mənzilini deyil başqasının 1 mərtəbə aşağı mənzili boşaldaraq mənə təhvil vermək istəyir. Həmin mənzildə isə başqa şəxs hazırda onunla heç bir mübahisəsi olmayan Hüseynova Zəminə yaşayır. Həmin mənzil 11-ci mərtəbədə yerləşməklə sahibi Hüseynova Zəminə 2013-cü il tarixdən orda yaşayır. Xətai rayon İcra Şöbəsi bundan əvvəl dəfələrlə Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar bundan yuxarıdakı mənzilə, yəni 12-ci mərtəbədə yerləşən mənzilə getməklə orda yaşayan şəxslərin mənzili boşaldaraq tərk etməsini tələb etmişdir. Bu icra hərəkətləri bir neçə dəfə təkrarlanmışdır və hər dəfə icra işi müxtəlif bəhanələrlə təxirə salınmışdır. İndi isə bir neçə gün bundan əvvəl təyin olunmuş icra işində icra məmurları qəfil başqa mənzilə, yəni 79 deyil 72 saylı mənzilin qarşısına yaxınlaşaraq məhz 79 saylı mənzilin bura olduğunu ona bildirmişlər. O, da öz növbəsində bu mənzilin 79 saylı deyil 72 saylı olmasını və həmin mənzilində qonşusu Hüseynova Zəminəyə məxsus olmasını bildirmişdir. İcra Məmurları evdə heç kimin olmamasını bəhanə edərək və həmçinin əsas borclu yəni 79 saylı mənzildə yaşayan Həsənova Tofiqənin (əvvəl Fərəcov Sabir və indi Mehman adlı şəxs də yaşayır) təkidi ilə ona aid olmayan mənzilin qapısını qıraraq evə daxil olurlar. Halbuki indiyənə qədər bütün məhkəmələrdə ona qarşı onun müqaviləsinin etibarsızlığına dair iddiaları, qətnamədən apellyasiya və kassasiya şikayətlərini məhz həmin 79 saylı mənzilə dair saxta müqaviləsi olan Fərəcov Sabir vermişdir. O, həmin mənzili təhvil almaqdan çəkinmişdir. Çünki, həmin mənzil onun aldığı və qapı belə qoyduğu mənzil deyil. Onun mənzili bir mərtəbə yuxarıda yerləşir. Lakin İcra məmurları layihə üzrə sənədi güya 79 saylı mənzilin bu mənzil olduğunu təkid edərək ona başqa mənzil təhvil vermək istəyirlər. Bununla belə ona yeni problemi yaratmaq və yeni şəxslərlə yenidən məhkəməllərdə qalmağa təhrik edirlər. İcra hərəkətləri zamanı qonşuların sənədləri alınmaqla da məlum olmuşdur ki, 79 saylı mənzil 1-ci mərtəbə yuxarıda yerləşir. Belə ki, 79 saylı mənzilin sağ və sol qonşularının müqavilələri, məhkəmə qərarları götürülmüş və məlum olmuşdur ki, məhz 12-ci mərtəbə ona təhvil verilən mənzildən 1 mərtəbə yuxarıda yerləşir. Ona qətnamənin icrası ilə bağlı təklif olunan mənzil 72 saylı olmaqla Hüseynova Zəminəyə məxsusdur. X11, yəni ona zornan təhvil verilən mənzilin yan qonşularının mənzil nömrələri belə onun mərtəbəsinə uyğun gəlir. Onlarında belə məhkəmə qərarları var və həmin qərarlar məhz Xətai Rayon İcra Şöbəsi tərəfindən icra olunaraq təhvil verilmişdir. Onun mənzilinin yan qonşuları təqdim etdikləri məhkəmə qərarlarına əsasən binanın 12-ci mərtəbəsində 80 saylı mənzil X4 məxsusdur. Həmin mənzil məhkəmə qərarı ilə ona da təhvil verilmişdir. Onun da təqdim etdiyi müqavilələrlə və məhkəmə qərarı ilə mənzili 12-ci mərtəbədə olmaqla 79 saylı mənzildir. Necə olur ki, onun qonşusu 1 mərtəbə yuxarıda yaşayır, o, isə aşağıda. X1 qapı qonşusu hazırda onun evində qanunsuz olaraq yaşayan Həsənova Tofiqədir (əvvəl Fərəcov Sabir olub. iz itirmək üçün addan ada keçirmişlər mənzili). Mənzilin ona məxus olmasına dair Ali mahkəmənin 2(102)-2289/2022 saylı məhkəmə qərarı vardır. Həmin qərara əsasən mənzilin sahibi və istifadəçisi məhz X7 tanınmışdır. Onun digər faktiki olaraq hazırda yaşayan qonşusu 78 saylı mənzilin sahibi X8r. Həmin mənzil 12-ci mərtəbədə yerləşməklə nömrəsi də 78 olmaqla faktiki olaraq məhkəmə qərarı ilə ona təhvil verilmişdir. Həmin mənzil məhz Xətai rayon İcra Şöbəsi tərəfindən icra olunaraq onlara təhvil verilmişdir. Ona dair məhkəmə qərarını təqdim etmişdir.Təqdim etdiyi Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Xətai rayon İcra Şöbəsinin icra məmurları Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarxli 2(011)-214/2014 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli icraata başlamaq qərarı qəbul etmiş və qətnaməni icra edərək Zeynalov Samiri binanın 12-ci mərtəbəsində yerləşən 78 saylı mənzilə yerləşdirmişdir. Məhz elə onun mənzili Zeynalov Samirin yanındakı mənzil olmaqla həmin mərtəbədə yerləşməklə nömrəsi 79dur. Bununla bağlı artıq Ali Məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarı olmasına baxmayaraq icra məmurları kimlərinsə sözü ilə onun öz mənzilini deyil başqa səxsin mənzili ona təhvil verirlər. Həmçinin hazırda icra məmurları tərəfindən boşaldılaraq ona zornan təhvil verilən mənzil 72 saylı mənzildir. Bunu onun yan qonşuları da təsdiq edir. Hazırda həmin mənzilin sağ tərəfində 71 saylı mənzil yerləşir və onun sahibi X6r. Həmin mənzilə dair Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-4189/2012 saylı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmçinin hazırda həmin şəxs özü mənzildə yaşamaqla sahiblik və istifadə hüququnu həyata keçirir. Göründüyü kimi məhkəmə qətnaməsi icra olunarkən qeyri-müəyyənlik yarandığından qətnamənin dəqiq icra olunması üçün ona izah verilməsi zərurəti yaranmışdır. Hazırda icra məmuru tərəfindən onun mənzilinin yuxarıda olmasına baxmayaraq tamamilə başqa mənzil təklif olunur. Bu da hazırda başqa şəxslərin hüquqlarını pozur. Çünki indiyənədək onunla məhkəmə mübahisəsi edən şəxs Fərəcov Sabirin (indi Həsənova Tofiqə) qaldığı ev deyil tamamilə başqa şəxsin evi qanunsuz olaraq ona təklif olunur. O, da öz növbəsində ona aid olmayan aşağı mərtəbədə yerləşən mənzili istəmir. Məhkəmə iclasında X13 nümayəndəsi X24, eyni zamanda onun vəkili X17 hər biri ayrı-ayrılıqda ərizədə göstərilən xüsusatları təsdiq etməklə yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə, 72 ünvanında yerləşən 2 otaqlı mənzil xx.xx.2013-cü il tarixli müqavilə əsasında həmin tarixdən onun faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1436/2021 saylı, 19 aprel 2021-ci il tarixli Qərarından məlum olur ki, iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5718/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 Cavabdeh MMCyə qarşı “mənzil” tələbinə dair iddiası təmin edilmiş, X21 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı 79 saylı mənzilin boşaldılaraq, X16 verilməsi vəzifəsi borclu "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4486/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, X5 və X16 məxsus mənzillər fərqlidir və fərqli mərtəbələrdə yerləşir”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(102)-4639/2020 saylı qərarından görünür ki, üçüncü şəxslər "xxxx" MMC və X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4486/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 1-ci blokunda X5 məxsus mənzil binanın 13-cü mərtəbəsində, X16 məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə ərizədə qeyd edilmiş məsələlərlə bağlı izah verilməsi həmin qətnamənin məzmunun dəyişdirilməsinə səbəb ola biləcəyindən X13 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-680/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-680/2022
01.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver