Məhkəmə qərarları › İş №8(011)-681/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-681/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-681/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar iştirakları ilə, X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-2256/2018 saylı qətnaməsi əsasında borclu kimi ondan Tələbkar xeyrinə hər ay 154 manat tutulması müəyyən edilməklə ümumilikdə ondan tutulmalı olan 6889 manat məbləğində alimentin tamamilə və ya qismən silinməsi, bu mümkün olmadıqda isə qalmış borcun ondan ayda 500 manat olmaqla tutularaq qətnamənin hissə-hissə icra edilməsi (möhlət verilməsi) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2556/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X6 xx.xx.2017-ci il təvəllüdlü X7 atası olması faktı müəyyən edilmiş və borcludan ərizəçi Tələbkar xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. Lakin, borclu Bakı Agır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında AR CM-nin 221.3-cü maddəsin əsasən və AR CMnin 66.5-ci maddəsinə əsasən cəza çəkmənin əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək 9 saylı Cəzaçəəkmə Müəssisəsində cəza çəkmişdir. Cəza çəkdiyi dövrdə üzürlü səbəbdən deyilənlərə görə ödənilməmiş 6882 manat məbləğində aliment borcu yaranmışdır. Borclu həmin borcu ödəmək qabiliyyətində olmadığından Tələbkar ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün borcludan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat məbləğində alimentin tutulması ilə bağlı razılığa gəlmişlər və sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4526/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin 1-ci bəndinə əsasən X6 xx.xx.2017-ci il təvəllüdlü X2 üçün 01 fevral 2024-cü il tarixdən başlayaraq hər ay Tələbkar qızma uşaq 18 yaşına çatanadək 235 manat aliment ödəməyi öz öhdəsinə götürməyi qərara alınmışdır. Borclu hazırda 3(üç) icra sənədi üzrə 3(üç) yerə aliment ödəyir. Birinci icra sənədi üzrə, yəni həmin barışıq sazişi əsasında müəyyən edilmiş 235 manat alimenti mütəmadi olaraq ödəyir. İkinci icra sənədi üzrə borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2556/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş 154 manat alimenti də ödəyir, yəni birlikdə təxminən hər ay 500 manat aliment ödəyir. Üçüncü icra sənədi üzrə, başqa bir qadına X11 da aliment ödəyir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(013)-3270/2015 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 75 manat olmaqla, 3 uşaq üçün cəmi 225 manat aliment 21 sentyabr 2015-ci il tarixdən başlayaraq ondan tutulub X10 xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda hazırkı Tələbkar məhkəməyə yeni ərizə verərək alimentin miqdarının artırılaraq minimum aylıq əmək haqqının 0,61 misli məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2556/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsinə əsasında ona qarşı icra vərəqəsi təqdim edilmiş və hətta onun həbs edilməsi tələb edilmişdir. Barəsində tədbir görülməsi üçün Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Amil Səfərovun təqdimatına məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. O, maddi vəziyyətinin ağır olmasına baxmayaraq, indiyədək məhkəmə qətnaməsini icra edərək 8000 manat məbləğində ödəniş etmiş və hər ay əlavə ödənişlər də etmək istəyir. Lakin, icra vərəqində nəzərdə tutulan məbləği 6889 manat məbləğində olan borcu birdəfəyə ödəmək imkanı yoxdur. Tələbkar məhkəmə iclası zamanı ərizəyə etirak edərək, qətnamənin hissə-hissə icra edilməsinə razı olmdadığını bildirmiş, buna görə də, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materialları əsasında müəyyən olunur ki, X3 hissə-hissə icra edilməsini xahiş etdiyi Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-2256/2018 saylı icra sənədi X4ndan Tələbkar xeyrinə alimentin tutulması barədədir. Lakin, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 231-ci maddəsində təsbit olunmuş qayda alimentin alınmasına dair verilmiş icra sənədləri üzrə deyil, pulun tutulması tələbinə dair verilmiş icra sənədlərinin hissə-hissə icra edilməsini müəyyən edən qaydalardır. Bu zaman məhkəmə hesab edir ki, ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin ödənilmədiyi ötən dövr ərzində uşaqların maraqları, onların təminatının saxlanılması və diqqətəlayiq digər hallar nəzərə alınmalıdır. Məhkəmə, borclunun digər tələbi ilə bağlı qeyd edir ki, borclu icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə yaranmış aliment borcunun tamamilə və ya qismən silinməsini xahiş etsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar