Məhkəmə qərarları › İş №8(011)-684/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-684/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-684/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 8(011)-349/2021 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6948/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 899 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)- 349/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “X1 Prado Mİ” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan İcra şöbəsi tərəfindən AR “İcra haqqında” qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “X1 Prado Mİ” minik markalı, **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu məhkəmədən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 8(011)-349/2021 saylı qərardadı ilə Borclu məxsus olan “X1 Prado Mİ” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5948/2020- 003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Borclu 899 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 8(011)-349/2021 saylı qərardadının surətindən müəyyən edilir ki, Borclu məxsus olan “X1 Prado Mİ” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 03 iyul 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5948/2020- 003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənəinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, iş materialından və təqdimatdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5948/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borc məbləği borclu tərəfindən tam şəkildə icra edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu məxsus olan “X1 Prado Mİ” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 8(011)-349/2021 saylı qərardadı ilə Borclu məxsus olan “X1 Prado Mİ” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar