Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-685/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-505/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra sənədinə dair barışıq sazişinə baxılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-505/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra sənədinə dair barışıq sazişinə baxılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(011)-505/2019 saylı icra sənədinə əsasən, Borclu1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Sarayevo küçəsi, 1 saylı evin 35 saylı mənzilindən çıxarılmalıdır. 06 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 505/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra sənədi üzrə tərəflər Borclu1, Tələbkar və Borclu2 arasında barışıq sazişi bağlanmışdır. Məhkəmə iclasında Borclu1 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə görə məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2(011)-505/2019 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(011)-505/2019 saylı icra sənədi üzrə icraatda tərəflər Tələbkar ilə Borclu1 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:
1. Cavabdeh Borclu1 Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Sarayevo küçəsi, 1 saylı evin 35 saylı mənzilindən çıxmaqla eyni vaxtda oğlu Borclu2 adına alğı-satqı edilmiş Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə köçürülür.
2. Borclu1 ilə Tələbkar arasında olan bu saziş imzalanana qədər olan pul borcunun və digər ailə münasibətlərinin qarşılığı olaraq Borclu1- Borclu2 razılığı ilə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzildə ömürlük yaşamaq hüququ verilir.
3. Borclu1-Borclu2 razılığı ilə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə pasport qeydiyyatına düşür.
4. Borclu1 bəyan edir ki, bu saziş imzalanana qədər Tələbkar ilə arasında olan öhdəlik münasibətləri tənzimlənir.
5. Tələbkar bəyan edir ki, oğlu Borclu2 adına aldığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə Borclu2 razılığı ilə Borclu1 həmin mənzilə köçürülməsinə və həmin mənzildə ömürlük yaşamasına etiraz etmirlər.
6. Borclu1 bəyan edir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə köçürülmə üçün təyin edilmiş gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Sarayevo küçəsi 1 saylı evin 35 saylı mənzilindən çıxaraq və əşyalarını götürərək mənzili boş vəziyyətdə Tələbkar təhvil verir.
7. Borclu1 bəyan edir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə köçürüldükdən sonraa həmin mənzildə hər hansı təmir və ya yaxşılaşdırma işləri görərsə çəkdiyi xərclər özünə aid edilir və bu barədə Borclu2 qarşı hər hansı iddiada olmur.
8. Borclu1 bəyan edir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 720 saylı mənzilə köçürüldükdən sonra mənzilin istifadəsi zamanı kommunal xərcləri vaxtında ödəməklə borc saxlamır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(011)-505/2019 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Aygün Həsənova