Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-688/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, X1 Xətai rayon İcra şöbəsinin İddiaçı övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00 qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi barədə icra sənədinin geri qaytarılmamasının qanunsuz hesab edilməsi, hazırkı icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsinin Xətai rayon İcra şöbəsinə öhdəlik qoyulması barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X2 Xətai rayon İcra şöbəsinin İddiaçı övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00 qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi barədə icra sənədinin geri qaytarılmamasının qanunsuz hesab edilməsi, hazırkı icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsinin Xətai rayon İcra şöbəsinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 həftənin şənbə günləri saat 10:00-dan 18:00-a qədər sərbəst şəkildə görüş vaxtı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi Xətai rayon İcra şöbəsinə çatdırılmışdır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. O, dəfələrlə icra işi ilə əlaqədar icra şöbəsində uşaqla olmuşdur. İcra məmurunun dəfələrlə uşaqla söhbəti atası ilə görüşməsi ilə əlaqədar nəticə verməmişdir. Uşaq ağlayır və atası ilə görüşmək niyyətində deyildir. Dəfələrlə onu icra şöbəsinə uşaqla çağırmışlar. Orada onun uşağına təzyiqlər göstərilmişdir. Məhkəmə iclasında tələbkar İddiaçı şikayət ərizəsinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. X2 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə onun iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(011)-1335/2021 saylı qətnaməsi ilə İddiaçı övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00-a qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən 28 sentyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X2 ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, icra sənədinin icrası mümkün olmadığı üçün məhkəməyə qaytarılmasını xahiş etmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən borcluya cavab məktubunda borclunun ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasının qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(011)-1335/2021 saylı qətnaməsi tam şəkildə icra olunmamış, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bu hal isə icra sənədi üzrə tələbkarın hüquqlarının pozulmasına gətirib çıxaran hal olduğundan məhkəmə hesab edir ki, borclunun şikayəti rədd edilməli, icra sənədinin icrası davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1 Xətai rayon İcra şöbəsinin İddiaçı övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00 qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi barədə icra sənədinin geri qaytarılmamasının qanunsuz hesab edilməsi, hazırkı icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsinin Xətai rayon İcra şöbəsinə öhdəlik qoyulması barədə şikayət ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-688/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-688/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver