Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-695/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, onun vəkili və nümayəndəsi X1, Borclu, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022-073 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4-cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.m-dən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından halhazırkı günədək 12 aylıq ümumi 30.000 manat olmaqla kirayə haqqının ¼ hissəsi olan 15.000 manat pulun borcludan tutularaq tələbkara ödənilməli, ödənilmiş 3.391 manat dövlət rüsumunun 2.373 manatı borcludan alınıb tələbkara ödənilməli və icra sənədində göstərilən əşyaların hər bir ədədi üzərində ¼ hissədə tələbkarın, ¼ hissədə isə borclunun pay hüququ müəyyən edilməli, qeyd olunan əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaiti borcludan tutularaq tələbkara ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, ondan sonra borcluya xx.xx.2024-cü il tarixdə rəsmi Xəbərdarlıq təqdim olunmuş, lakin bu müddət ərzində icra sənədində olan tələb könüllü təmin edilməmişdir. İcra sənədinin tələbini təmin etmək məqsədilə Borclu əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. "EİS"- dən əldə olan məlumata əsasən borclunun adına ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi və “Toyota Corolla” minik markalı, ** DN *** qeydiyyat nişanlı avtomobil aşkar olunmuş, lakin araşdırma zamanı həmin əmlakların üzərində Tələbkar və Borclu ½ hissədə pay hüquqları müəyyən edilməsi məlum olmuşdur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun vəkili və nümayəndəsi məhkəmə iclasında təqdimata etiraz edərək bildirdi ki, borclu heç bir zaman icra sənədini icra etməkdən yayınmayıb, o, ticarətlə məşğul olur, bununla əlaqədar ölkə xaricinə çıxa bilər. Lakin, bu o demək deyil ki, borclu icra sənədini icra etməkdən yayınmaq üçün ölkədən qaça bilər. Borclu ümumilikdə 7373 manat məbləğində ödəniş edilib. Məhkəmənin qətnaməsində texniki səhvə yol verilərək bəzi yerlərdə pu vəsaiti olduğundan artıq qeyd edilib, yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət olunub. İlk öncə bu məsələlər aydınlaşdırılmalıdır. Borclunun ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulması onun icra sənədini icra etməsinə maneə yaradır. Borclu 2019-cu il tarixdən sonra ölkədən xaricə çıxmayıb. Tələbkar məhkəmə iclası zamanı bildirdi ki, borclu icra sənədini icra etmək istəmir, ticarətlə əlaqədar olaraq xarici ölkələrə gedir. Buna görə də, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranıb. Borclu 5000 manat məbləğində və 2373 manat məbləğində dövlət rüsumu ödəniş edilsə də, sonradan heç bir ödəniş edilməyib. Borclu məhkəmə iclası zamanı təqdimata etiraz edərək təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1769/2022-073 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4-cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.m-dən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından halhazırkı günədək 12 aylıq ümumi 30.000 manat olmaqla kirayə haqqının ¼ hissəsi olan 15.000 manat pulun borcludan tutularaq tələbkara ödənilməli, ödənilmiş 3.391 manat dövlət rüsumunun 2.373 manatı borcludan alınıb tələbkara ödənilməli və icra sənədində göstərilən əşyaların hər bir ədədi üzərində ¼ hissədə tələbkarın, ¼ hissədə isə borclunun pay hüququ müəyyən edilməli, qeyd olunan əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaiti borcludan tutularaq tələbkara ödənilməlidir. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin, borclu xx.xx.2024-cü il tarixdə İcra Şöbəsində verdiyi yazılı izahatında adına olan əmlaklar barədə məlumat vermiş, xx.xx.2024-cü il tarixdə verdiyi yazılı izahatında isə borcu ümumi əmlakın ½ hissəsi hesabına ödəyə biləcəyini, nağd şəkildə ödəməyə maddi imkanının olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə İcra Şöbəsi tərəfindən borcluya xəbərdarlıq göndərilərək, xx.xx.2024-cü il tarixdə İcra Şöbəsinə yaxınlaşaraq, icra sənədi üzrə tələbin təmin ediməsi barədə xəbərdarlıq edilmiş, məktub xx.xx.2024-cü il tarixdə borclu tərəfindən qəbul edilmişdir. İşin qeyd edilən hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək tam icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1969-cu il tarixdə Qazax rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-695/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-695/2024
31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver