Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-699/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi X1 qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, mövcud iş üzrə Xətai rayon Məhkəməsinin e-2(011)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə 7298,43, manat əsas borc, 1310, 55 manat faiz borcu, və 117.40 manat dövlət rüsumunun ümumilikdə 9337.23 manat pulun müştərək qaydada “Bank Respublika" ASC-nin xeyrinə tutulmasına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, e-2(011)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə "xxxx" Açıq Səhmidar Cəmiyyətinin xeyrinə cavabdehlər (X5, X11 və X4 müştərək qaydada 7.298,43, manat əsas borc, 1310, 55 manat faiz borcu, və 117.40 manat dövlət rüsumunun müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmışdır.Qətnamə üzrə borclulardan zamin- X11 ümumilikdə müştərək qaydada ödənilməli olan 9.337,23 manat pulu 06.2022-ci ildən başlayaraq onun əmək haqqından 50%-ni tutulmağa başlanmışdır.Hazır ki, vaxtda kimi e-2(011)-1453/2022 saylı,xx.xx.2022ci il tarixli qətnamə üzrə borclunun əmək haqqından 5337 manat əmək haqqından hazırkı vaxtda tutulmuşdur. Digər cavabdehlər-X5, X11 və X8 e-2(011)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə üzrə işi icra etmirlər, icra isə həmin 9337, 23 manat məbləğində pulu əmək haqqısından tutulmaqda dava edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 7298,43 manat əsas, 1310,55 manat manat faiz borcu olmaqla, cəmi 8608,98 manat məbləğində pul vəsaiti və 117,40 manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada X2, X4 və X6 alınaraq, "xxxx" ASC-nə. ödənilməsi qət olunmuşdur. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tələbkar və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-699/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-699/2023
18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver