Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-7/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 8(011)-187/2023 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3157/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Borclu, X2 və X1 8588,06 manat əsas, 1141,90 manat faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 9879,96 manat pul və 117,12 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-187/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbin icrası ilə bağlı icra sənədində qeyd oluna tələb tam şəkildə təmin olunduğundan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə icra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-187/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3157/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu, X2 və X1 8588,06 manat əsas, 1141,90 manat faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 9879,96 manat pul və 117,12 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-187/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadının surətindən müəyyən edilir ki, Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanladığı 02 dekabr 2024-cü il tarixli, 2138İB nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3157/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X3 Tələbkar ASC-yə olan borcunu tam olaraq ödəmişdir. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 09 dekabr 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3157/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, iş materialından və təqdimatdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3157/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli icra sənədi üzrə borc məbləği borclu tərəfindən tam şəkildə icra edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-187/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Ford Mondeo” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-7/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-7/2025
08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver