Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-70/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı X15 cavabdehlər X5 və X3 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə iddiaçı X9 və övladları X10, X14, X11 və X12 istifadə hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumuna görə 110 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh X13 qarşı qarşılıqlı iddia üzrə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı X8, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı X15 ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində ilkin iddia üzrə iddiaçı X8, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilməsi ilə istifadə hüququnun tanınmasının eyni məna verməsi məsələsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti, ev 35, mənzil 42-də istifadə hüquqların tanınması iddiası ilə İş № 2(011)-3860/2022 xx.xx.2022-ci il tarixdə işə baxılaraq yekun hissədə istifadə hüquqların olması müəyyən edilməsi barədə Qətnamə və düzəliş Qərardadı qəbul edilmiş və icra edilməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Xətai rayon Polis İdarəsində İstifadə hüququn olması əsasən yaşayış mənzilə qeydiyyat dəyişdirilmə ilə bağlı rəy verilmiş icra üçün 6 saylı Asan xidmətə göndərilmiş sənədlər 9 dekabrda qəbul edilmiş lakin 20 dekabrda Baş Paspoert Qeydiyyat və Miqrasiya İdarəsi (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi əsas olması) Qətnamənin nəticə hissəsinin izaha ehtiyac olması bildirərək izah Qərardadı qəbul edilənə qədər icranı dayandırılmışdır. Ərizəçi MPM 230-cu maddəsinə əsasən qətnaməyə izah qərardadın qəbul edilməsinin xahiş edir. X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X8, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “İlkin iddia üzrə iddiaçı X8, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsinin istifadə hüquqlarının tanınması kimi başa düşülməsi barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə ilkin iddia üzrə iddiaçı X8, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsinin ifadəsi adıqova Gilas Ramiz qızının, X4, X6, X7 və X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının tanınması ilə eyni məna ifadə etdiyinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-70/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-70/2023
30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver