Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-707/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-230/2022 saylı, 25 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4989.56 manat məbləğində pul vəsaiti və 30 manat dövlət dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21-70” minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı və "Mercedes ML 350” minik markalı" ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Hazırda icra sənədi üzrə borc 5019.56 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21-70” minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı və "Mercedes ML 350” minik markalı" ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra bu Qanuna istinad ediləcək) 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. (Maddə 50.2) İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından məlum olur ki, Borclu mülkiyyətində “VAZ 21-70” minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı və "Mercedes ML 350” minik markalı" ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu mülkiyyətində olan "Mercedes ML 350” minik markalı" ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan "Mercedes ML 350” minik markalı" ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-707/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-707/2022
01.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver