Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-718/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X6 tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsiicraatın dayandırılması” barədə şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-638 /2024-019 saylı, xx.xx.2024 ci il tarixli İcra sənədi üzrə X2 Xətai rayon Məhkəməsinin İcraatında olan "xxxx" MMC və təsisçilərə qarşı iddia tələbimin tam həll edilməsi ilə əlaqədar Xətai rayon, M. Hadi küçəsi"xxxx" (MTK) MMC tərəfindən inşa olunan yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv. m qeyri yaşayış sahəsindən çıxarılması barədə xx.xx.2025-ci tarixli icra sənədinin icra olunması ilə bağlı icra məmurunun sahədən qanunsuz çıxarılması düzgün olmayan hərəkətlərinin dayandırılması barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Yüksəliş C" MMC-nin A. Nuriyev arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə "xxxx" MTK tərəfindən maliyyə arayışları( 12 iyul 2016-cı il tarixli yekun maliyyə arayışları istisna olmaqla) etibarsız hesab edilmiş, A. Nuriyevin Xətai rayonu 2337-ci məhəllə M. Hadi küçəsi "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının ikinci mərtəbəsində olan qeyri yaşayış sahəsindən hazırda mənzildən çıxarılması ilə bağlı Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixinə icra edilməsi təyin edilmişdir. Bununla bağlı AR Baş İcra İdarəsinə surəti Xətai rayon İcra Şöbəsinə ünvanlanmaqla xx.xx.2025 ci il tarixli yazılı müraciət edərək mübahisələndirilən sahənin "xxxx" MTK tərəfindən inşa olunan binanın qeyri yaşayışın ikinci mərtəbəsində yerləşməsi, həmin sahənin mənzil kimi istifadə etməyimə baxmayaraq qeyri yaşayış statusunda olması, bu sahənin "xxxx" MTK tərəfindən MTK-nın qanununi nümayəndəsi və təsisçi olmuş 30% payçı keçmiş sədri C.n Alışova məxsus imza ilə və "xxxx" MTK həqiqi möhrü ilə təsdiq edilmiş, möhtəbərliyi və düzgünlüyü AR. Ədliyyə Nazirliyi Ekspertiziya Mərkəzinin 11iyul 20119-cu il tarixli rəyi ilə təsdiq edilmiş 12 iyul 2016 cı il tarixli yekun maliyyə arayışında göstərildiyi kimi dəyərini tam ödəməklə, öz maliyyə xərclərimlə tam təmir etdiyim (hazırda bazar dəyəri 220000 man) bu sahənin qanuni əldə edilmə əsaslarına istinad edərək sahədən çıxarılma üzrə icra işina xitam verilməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişik. Belə ki, tələbkar "xxxx"MMC-nin 40 % payçısı olmuş Baxışov Xaləddin Vəkil oğlu tərəfindən mübahisələndirilən sahədən çıxarılma ilə bağlı Xətai rayon İcra Şöbəsinə verilmiş yazılı müraciətində yazır ki, A. Nuriyev tərəfindən mübahisələndirilən əmlakın dəyəri tələbkara (YÜKSƏLİŞ C" MTK) tam ödənilmiş, kooperativin üzvü və payçısı kimi tanıyıram odur ki, onun sahiblik etdiyi əmlakın A.Nuriyevdə saxlanmasına təsisci və kooerativdə həmsədr kimi etiraz etnirəm. Kooperativin səlahiyyəli nümayəndəsi olmuş C. Alışov hüquqi şəxsin adından imzalanmış 12 iyul 2016 cı il tarixli məhkəmə instansiyalarında tanınmış heç bir məhkəmə orqanı tərəfindən etibarsız sayılmayan yekun maliyyə arayışında YÜKSƏLİŞ C" MTK A.Nuriyevin pulunu tam ödəməklə hazırda sahibliyində olan 8 ildən artıq ailə üzvləri ilə yaşadığı bu sahəyə münasibətdə iddia və başqa tələbin olmadığı bildirilir. Hüquqi şəxs üçün həmin sahənin A. Nuriyevin toxunulmaz əmlak payı olduğu barədə öz öhdəliyini təsdiq edir. Belə olan halda A.R. Konstitusiya məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli AR,MM 178.8 maddəsinin şərhinə aid Qərarında yazılır ki, kooperativdən mənzil, qaraj, bağ evi digər kooerativə məxsus əmlakları pulunu tam ödəməklə alan fiziki və hüquqi şəxslər həmin əmlaka sahiblik və istifadə hüququ bir başa əldə edir və tanınır. Yalnız Sərəncam hüququ bu hüququn Daşınmaz əmlakın Reyestrində qeydə alındığndan sonra yaranır. AR. Konstitusiya Məhkəməsinin bu Qərarı Azərbaycan Respublikasının bütün ərazisində icra məcbur olan Qanuni qüvvəli normativ akt olmaqla məhkəmələr icra orqanları və aidiyyatı olan və.s oraqanlar, fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan qərardı. Hesab edirik ki, Xətai rayon İcra Şöbəsi A. Nuriyevin qanunla qorunan hüquqlarını təmin etməlidir. Lakin, icra işində A.Nuriyevin yuxarıda sadalanan hüquqları Xətai İcra Şöbəsi tərəfində pozulur. Belə ki, Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş sahədən çıxarılma barədə bildirişi 01.iyul 2025 ci ildə poçt vasitəsilə qeydiyyatda olduğum ünvandan almışam. "xxxx" MTK dan pulunu tam ödəməklə aldığım əmlak payından sahiblik və istifadə hüququmun tanınması və yaxud əmlak payımın alınması, çəkilmiş bütün xərclərinin 200000 man cavavabdehlərdən birdəfəlik tutulması və eyni vaxtda ödənilməsi ilə tələbkarlar mübahisələndirdiyi və hazırda sahibliyimdə olan qeyri yaşayış sahəsindən çıxarılmağım barədə iddia tələbim hakim A. Abdullayevin icraatındadır. Həmin iddia tələbinin bir nüxsəsi Xətai rayon icra şöbəsinə təqdim edilsədə icra hərəkətləri dəyandırılmamışdır. Çəkdiyim xərcələri qaytarılmadan Xətai İcra şöbəsi tərəfindən Məhkəmə qətnaməsinin icra edilməsi A. Nuriyevin maddi hüququların pozulması ilə nəticələnə bilər. İcraçının evdən çıxarma hərkətlərindən sui istifadə edərək tələbkar tərəfində mənim Konstitusiya ilə qorunan əmlak-zərər ödəmə öhdəliklərinin poza bilər. Onu da bildirirəm ki, həmin sahədə oğlum,gəlinim və iki azyaşlı ailə üzvüm yaşayır. Borclu, icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, 1-ci (Akif Nuriyevin) və 2-ci (üçüncü şəxs Qərib Qəriblinin) iddialar rədd olunmuş, 3-cü ("xxxx" MMC-nin) iddia təmin olunaraq "xxxx" MMC ilə Akif Nuriyev arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunmuş, Akif Nuriyevin binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m. qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması qət edilmişdir. Bu işdə Q.Qəriblinin iddiasının rədd olunmasının səbəbi onunla "xxxx" MMC arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən 120 kv.m sahəyə malik mənzilin mövcudluğunun müəyyən edilməməsi olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Qərib Qəriblinin iddiası rədd olunmuşdur. Məhkəmə iddianın rədd olunmasının əsası kimi Qərib Qəribli ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmadığını əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi 1-ci və 2-ci işlər üzrə qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxarkən hər iki işi bir icraatda birləşdirmişdir. 22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 1-ci iş üzrə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, 2-ci iş üzrə Q.Qəriblinin apellyasiya şikayəti qismən təmin olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi prosessual əsasa, yəni işə baxılarkən iddiaçının iştirakı təmin olunmadığına görə ləğv edilmiş və iddia yenə rədd olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı ilə X3 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi X3 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı Akif Nuriyevin kassasiya şikayəti təmin olunmamışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-718/21 saylı qətnaməsi ilə Q.Qəriblinin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində Qərib Qəriblinin istifadə və sahiblik hüququ tanınmış, Musa Məmmədovun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Q.Qəribliyə təhvil verilməsi, onun mənzildən istifadəsinə cavabdehlər "xxxx" MMC və Musa Məmmədov tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbləri "xxxx" MMC ilə X4 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-718/2021 nömrəli, 4 oktyabr 2021ci il tarixli qətnaməsinin qismən – “X4 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh X4 tərəfindən boşaldılaraq X5 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən X3 istifadəsinə cavabdehlər "xxxx" MMC və X4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3240/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı X7 və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ərizəçinin hazırda yaşadığı və "xxxx" MMC MMC tərəfindən inşa edilmiş mənzildən çıxarılması və mənzilin üçüncü şəxsə təhvil verilməsi müəyyən edilmiş, ərizəçi "xxxx" MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, ərizəçi hazırda onun "xxxx" MMC-yə qarşı iddiası yekunlaşana qədər, onun evdən çıxarılması barədə icra işinin icra məmuru tərəfindən dayandırılmasını tələb edir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi hazırda qüvvədə olduğundan və onun icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan belə icranın həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən qəbul olunmuş qərar formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, əvvəla, ona qarşı iddia tələbinin olmadığı bir vəziyyətdə icraatın dayandırılması üçüncü şəxsin mənafelərinin pozulmasına gətirib çıxarır, ikincisi “İcra haqqında” Qanunda icraatın dayandırılmasının əsasları kimi nəzərdə tutulmuş hallara məhkəmə tərəfindən verilmiş icra sənədləri aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı deyil və təmin edilə bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X2 “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-638 /2024-019 saylı, xx.xx.2024 ci il tarixli İcra sənədi üzrə X2 Xətai rayon Məhkəməsinin İcraatında olan "xxxx" MMC və təsisçilərə qarşı iddia tələbimin tam həll edilməsi ilə əlaqədar Xətai rayon, M. Hadi küçəsi"xxxx" (MTK) MMC tərəfindən inşa olunan yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv. m qeyri yaşayış sahəsindən çıxarılması barədə xx.xx.2025-ci tarixli icra sənədinin icra olunması ilə bağlı icra məmurunun sahədən qanunsuz çıxarılması düzgün olmayan hərəkətlərinin dayandırılması” barədə şikayət ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-718/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-718/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver