Məhkəmə qərarları › İş №8(011)-719/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-719/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-719/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyev Nərmin İsmayıl qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-11131/2018 nömrəli icra sənədi üzrə 333.36 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı Kommersiya Məhkəməsinin e-2(113)-6628/2022-019 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 100 manat məbləğində pul vəsaiti tutularaq dövlətin xeyrinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3(002)-7/2023-011 nömrəli icra sənədi üzrə 3000 manat pul məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-1883/2023-010 nömrəli icra səndi üzrə 8753.14 manat pul məbləği Tələbkar QSC-nin xeyrinə xx.xx.1958-ci ildə Fizuli rayonu Mərdinli kəndində anadan olmuş, Bakı şəhəri, Araz Novruzov küçəsi, 22,2-də yaşayan Borclu tutularaq tələbkarların xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır və borclunun ödənilməmiş borcu ümumilikdə icra sənədləri üzrə 12.196,5 manat təşkil etmişdir. Məhkəmə iclası zamanı Borclu xx.xx.2018-ci il tarixli 2(103)-11131/2018 nömrəli icra sənədi üzrə 333.36 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-ə ödədiyini, bununla bağlı qəbzi icra məmuruna təqdim etdiyini bildirdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-1883/2023-010 nömrəli icra səndi üzrə 8753.14 manat pul məbləği yaranmış borcla bağlı Tələbkar QSC-dən kredit götürdüyünü karxana işlətdiyini, həmin dövür pandemiya dövrünə təsadüf etdiyindən işlərinin yaxşı getmədiyini bu səbəbdəndə borcunun üzərinə faiz gələrək bu qərəd şişdiyini soralar isə bankla danışıq zamanı razılıq əldə olunmadığını bildirdi. Hal-hazırda ödənişlərlə bağlı hesab təqdim olunacağı təqdirdə ayda 50-100 manat ödəyəbilə biləcəyini qeyd etmişdir. Sonuncu dəfə isə ölkədən 1990-cı ildə Türkiyəyə getdiyini və o dövürdən bu günə kimi ölkə hüdudlarından kənara getmədiyini və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata etiraz etdiyini bildirdi. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilən təqdimantın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-11131/2018 nömrəli icra sənədi üzrə 333.36 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu Borclu tələbkar "xxxx" MMC-nin xeyrinə, Bakı Kommersiya Məhkəməsinin e-2(113)- 6628/2022-019 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 100 manat məbləğində pul vəsaiti Borclu tutularaq dövlətin xeyrinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(002)-7/2023-011 nömrəli icra sənədi üzrə 3000 manat pul məbləğində inzibati cərimə Borclu tutularaq dövlət nəfinə və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-1883/2023-010 nömrəli icra səndi üzrə 8753.14 manat pul məbləği Borclu Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarından da məlum olur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. İcra məmuru tərəfindən yuxarıda adı çəkilən ardıcıllıqda icra tədbirlərinin həyata keçirilməməsini, həmçinin tutmanın Borclu pensiya məbləğinə yönəlmədiyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənova icra sənədinin icrası başa çatdırılana kimi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar