Məhkəmə qərarları › İş №8(011)-719/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-719/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-719/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu X3 icra sənədi üzrə icraatın dayandırılması barədə şikayətinə baxaraq, müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixli qərarı üzrə icraatın dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon icra şöbəsinin icra məmuru, X6 xx.xx.2023-cü il tarixində icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(l03)- 178/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu Xaliq qızı və X5 barələrində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması barədə qərar qəbul etmişdi. Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri tərəfindən iddiaçı Tələbkar verilmiş ******* nömrəli, xx.xx.2009 qeydiyyat tarixli çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-178/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 42 kv.m ümumi 24.4 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil üzrə tam mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 912 nömrə ilə rəsmiləşdirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri tərəfindən verilmiş digər ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 15.10 kv.m olan mənzil üzrə tam mülkiyyət hüququ cavabdeh X3 adma rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdehin adına rəsmiləşdirilən mənzillər eyni ünvanda yerləşir. Bu səbəbdən Xətai rayon icra şöbəsinin icra məmuru, X6 tərəfindən borclular Borclu Xaliq qızı və X5 barələrində Bakı şəhəri, Xətai rayonu, S. Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması barədə qərar, qanunaziddir. İcra məmurundan mənzilin boşaldılmasına dair qərarı xx.xx.2025-ci il tarixində əldə etmişlər. Eyni zamanda Xətai rayon İcra Şöbəsinin icra məmuru E.Bəşirlinin xx.xx.2023-cü il tarixli icraata başlanması haqqında qərarı “Elektron Məhkəmə Sistemi” vasitəsilə elektron kabinetə yerləşdirilmədiyi üçün bəmin qərardan məlumatları olmayıb. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru, X4 xx.xx.2023 -cü il tarixli qərarı üzrə icraat dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Borclu və X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə, İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 18-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Göründüyü kimi, icra sənədi üzrə icraatın məcburi olaraq dayandırıldığı vəı icraatın dayandırılmasının mümkün olduğu hallar qanunvericlikdə sadalanmışdır. Ərizəçi ərizəsində istinad etdiyi hal icra sənədi üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixli qərarı üzrə icraatın dayandırılması barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixli qərarı üzrə icraatın dayandırılması barədə şikayəti təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar