Məhkəmə qərarları › İş №8(011)-72/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-72/2023

30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-72/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Həsənova Kəmalə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Həsənova Kəmalə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanan Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4857/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2336 manat məbəğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə, 2(011)-7011/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2370 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surətləri bildirişlərlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırda Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4857/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra 2336 manat və Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7011/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 1450 manat borc təşkil edir. Həmçinin icra sənədləri üzrə 7% icra ödənişləri ödənilməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, iş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4857/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2336 manat məbəğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə, 2(011)- 7011/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2370 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və həmin tarixlərdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İşin qeyd edilən hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək tam icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Rustavi şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar