Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-72/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş və Ağdam rayonu, Qiyaslı Ə/D Ətyeməzli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu 1606 manat, 36,06 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir və adında “Kia Optima” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş Xətai Rayon Məhkəməsinin 8(011)-593 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş və axtarış qərarı qəbul edilsə də, bugünədək nəticə verməmişdir. “Elektron icra sistemi” vasitəsilə borclunun ölkə sərhədini keçib gəldiyi müəyyən edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 izahatında bildirmişdir ki, qətnamə 2022-ci il tarixdə qəbul edilmiş, qanuni qüvvəsini almış, 3 il keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədi icra edilməmişdir. Belə ki, borclu əməkdaşlara bildirmişdir ki, dostu ona borcunu nə vaxt qaytarsa, o zaman ödəniş edəcəkdir. Borclu prinsip apararaq ödəniş etmək istəməmişdir. 2024-cü il üzrə 80 manat, yanvar ayında 21 manat ödəniş edilmişdir. Nümayəndə qeyd olunanlara əsasən, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu müğənni olduğunu, xaricdə dövlət tədbirlərində iştirak etdiyini, Tələbkar MMC-yə olan borcun əslində onun adına olsa da, dostuna məxsus olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 1158 manat borc qalmışdır, bu məsələyə görə avtomobilinin də üzərinə həbs qoyulmuşdur. Borclu məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)- 750/2022 nömrəli, 30 mart 2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 1606 manat, 36,06 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 20 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti 20 may 2022ci il tarixdə Borclu göndərilmiş, borclu həmin sənədlərlə 25 may 2022-ci il tarixdə tanış olmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 02 iyun 2022-ci il tarixli icra ödənişinin alınması haqqında qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-750/2022 nömrəli, 30 mart 2022-ci il tarixli icra sənədi üzrə Borclu 115 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 06 iyun 2022-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarın surətindən görünür ki, Borclu mülkiyyətində olan “Kia Optima” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-593/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra sənədi üzrə Borclu məxsus Kia Optima” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-750/2022 nömrəli, 30 mart 2022-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-750/2022 nömrəli, 30 mart 2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş və Ağdam rayonu, Qiyaslı Ə/D Ətyeməzli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-72/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-72/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver