Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-727/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5238/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 750 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Kia Sorento" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prius" minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, "Audi A6" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı, "Vaz 21074" minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190E" minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə Borclu məxsus olan "Kia Sorento" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prius" minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, "Audi A6" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı, "Vaz 21074" minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190E" minik markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsi tərəfindən verilmiş e-2(004)-5238/2022-008 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdehlər Borclu və X1 750 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. iş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından məlum olur ki, Borclu mülkiyyətində "Kia Sorento" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prius" minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, "Audi A6" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı, "Vaz 21074" minik markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190E" minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, "Nissan Maxima" minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu mülkiyyətində olan "Vaz 21074" minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan "Vaz 21074" minik markalı, **-SK-*** dövlət qeydiyyat avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-727/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-727/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver