Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-73/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İcra məmuru Türkay Yusiflinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İcra məmuru Türkay Yusifli– qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı icra vərəqəsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olub-olmaması barədə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 4171/2022 icra vərəqəsinə əsasən Tələbkar Bəhrəm oğlunun işdən azad olunmağı barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmri ləğv edilməsi, Tələbkar Borclu MMC-də supervayzer vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İcra tədbirləri tətbiq edilməklə icra sənədi icra edilmişdir. Belə ki, Tələbkar Borclu MMC-yə əvvəlki vəzifəsinə bərpa edilmiş, əmək haqqısı 488 manatdan hesablanmaqla tələbkarın bank hesabına ödənilməklə icra olunmuşdur. Tələbkar şöbəyə ərizə göndərərək əmək haqqısının tam ödənilmədiyini bildirmişdir. Belə ki, Tələbkar ərizəsində qeyd etmişdir ki, işlədiyi müddətdə 2022-ci ilin aprei ayından 2024-cü ilin avqust ayınadək hər ay müxtəlif məbləğlərdə mükafatlar almışdır. Mükafat məbləğləri 1300, 1500,1700 və s. olmuşdur. Buna görədə mükafat məbəği hər ay təxminən orta hesabla 1500 manat hesablanmasını və ümumi vəsait 28 ay üzrə 42000 manat ödənilməsini xahiş etmişdir. Tələbkar tələbini belə əsaslandırmışdır ki, KDV Azərbaycan MMC bağlanmış əmək müqaviləsinin 4.1 -ci bəndində nəzə. tutulmuş 488 manatdan nesablanaraq ödənilmişdir. Halbuki, əmək müqaviləsinin 4.3-cü oəndinə əsasən işçiyə aylıq mükafat verilir. Mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Habelə, bayram günləri işə görə əlavə əmək haqqı ödənilir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tələbkar Borclu MMC–nin işçisi olmuşdur. O, Gəncə zonasındakı ticarət komandasının üzvü olmuşdur. İşəgötürənlə işçi arasnda əmək mübahisəsi olmuş və tələbkar işdən çıxarılmışdır. Daha sonra tələbkar məhkəmədə iddia qaldırmış və yekun olaraq Ali Məhkəmənin qəbul etdiyi qərardan sonra o, işə bərpa edilmişdir. 2024-cü ilin iyul ayında iş üzrə icra vərəqi verilmişdir. İcra sənədini könüllü icra edilmişdir. 2 ildən artıq müddətə tələbkara əmək haqqını ödənilmişdir. Ondan sonra tələbkar müəssisədə işləmədi. Oktyabr-noyabr ayında tələbkar müəssisədən bonusları istədi. Bu kimi ticarət şirkətlərində bonus sistemi dəyişir. Bonus tələbkarın fərdi əməyindən, onun performansından asılıdır. O orda işləsəydi, işə həvəsi olardı, necə işləyərdi bunu heç kim deyə bilməz. Bonus fərdi şəkildə müəyyən edilir. Daha sonra hazırkı məhkəmə mübahisəsi başlanmışdır. Həmçinin bildirir ki, qarşı tərəfin özündə də sübut yoxdur ki, ona nə qədər bonus verilməlidir. Çünki bonus işçisin performansından asılı olaraq dəyişirdi. Tələbkar məhkəməyə yazılı qaydada müraciət edərək, işlədiyi müddətdə 2022-ci ilin aprel ayından 2024-cü ilin avqust ayınadək hər ay müxtəlif məbləğlərdə mükafatlar almışdır. Mükafat məbləğləri 1500,1700, 2000 və s. olmuşdur. Buna görədə mənə orta hesabla 1500 manat hesablanlanmaqla və ümumi olaraq 28 ay üzrə 42000 manat vəsait ödənilməlidir. Belə ki, KDV Azərbaycan MMC bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş 488 manatdan hesablanaraq ödənilmişdir. Halbuki, əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən işçiyə aylıq mükafat verilir. Mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Habelə, bayram günləri işə görə əlavə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunun mənasından görünür ki, mükafat əmək haqqının tərkib hissəsidir. Əmək Məcəlləsinin 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir. Tələbkar ilə KDV Azərbaycan MMC arasında bağlanmış əmək müqaviləsinin 4-cü hissəsində nəzərdə tutulmuş 488 manat göstərilmiş, 4.3-cü bəndində isə işçiyə aylıq mükafat verilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin 4-cü hissəsindən də göründüyü kimi aylıq tarif maaşı, əlavələr və mükafatlar əmək haqqı başlığında qeyd edilmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması barədə izah verilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tələbkar Bəhrəm oğlunun işdən azad olunmağı barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, Tələbkar Bəhrəm oğlunun Borclu MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Borclu MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu MMC-yə bildiriş təqdim edilmişdir. İş materiallarından görünür ki, Borclu MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Tələbkar Bəhrəm oğlunun işdən azad olunmağı barədə Borclu MMC-nin 11,04.2022-ci il tarixli, 012K nömrəli əmri ləğv edilməsi, “Əmək və Məşğulluq"’ altsistemində Tələbkar Bəhrəm oğlunun xx.xx.2022-ci il tarixli, 012K nömrəli xitam əmrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət olunması, Tələbkar Bəhrəm oğlu “KDV Azərbaycan" MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi, Tələbkar Bəhrəm oğlunun əmək kitabçasında əmrin ləğvi ilə bağlı müvafiq qeydlərin aparılması, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Tələbkar Bəhrəm oğlunun hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Borclu MMC ilə Tələbkar Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2020-ci il əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən əmək haqqı 333 manat məbləğində tarif dərəcəsi (vəzifə maaşı) və 155 manat məbləğində əlavədən ibarətdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən işçiyə aylıq mükafat verilir, mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından aslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Qanunvericilikdə verilmiş anlayışdan da görünür ki, mükafat işçinin əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə dair maddi marağının artırılması üçün ödənilən həvəsləndirici pul vəsaitidir. Hər nə qədər tələbkarın təqsiri olmasa da, mübahisəsiz qaydada müəyyən olunur ki, işəgötürənin əmri ilə tələbkarın işdən azad edildiyi gündən məhkəmə qətnaməsi ilə onun işə bərpa olunduğu günədək o, müəssisədə işləməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən də görünür ki, mükafat tələbkarın da üzvü olduğu ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Yəni ki, komanda olaraq ticarət nümayəndələrinin satdığı məhsuldan asılı olaraq komanda üzvlərinə aylıq mükafat verilir. Göründüyü kimi tələbkara ödənilən mükafatın miqdarı həm onun özünün əməyindən, həm də onunla birlikdə işləmiş digər işçilərindən əməyindən asılıdır. Belə olduğu təqdirdə isə malların satışında iştirak etməmiş tələbkara aylıq mükafatların verilməsinin hər hansı hüquqi əsası yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində bildirilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd edilən maddənin tələbləri nəzərə alınaraq məhkəmə qətnamə qəbul edərkən məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeyd hissəsi ilə birlikdə hazırkı mübahisəyə tətbiq edərək tərəflərin diqqətinə çatdırır ki, məcburi işburaxmaya görə əmək haqqı dedikdə orta əmək haqqı nəzərdə tutulur. Əmək Məcəlləsinin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması” kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-73/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-73/2025
03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver