Məhkəmə qərarları › İş №8(011)-734/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-734/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-734/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı Tələbkar qıznın cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə icra məmuru Xatir Məmmədovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İcra məmuru Xatir Məmmədov– qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1032/2023 saylı, xx.xx.2023-cii il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar qıznın cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədinin icraçısını təmin etmək üçün AR İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidmətinə icra olunmasına dair göndərilsədə, 25.08 2023-cü il tarixdə cavab olaraq Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 261-ci maddəsində is üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunduğu bildirilmiş, həmçinin barışıq sazisi imzalanmışsa və məhkəmə tərəfindən təsdiq edilmişsə, is üzrə icraata xitam verildiyi bildirilmişdir. Bu kimi halları əsas gətirərək icra sənədinin icraası mümkün olmadığını bildirmişdir. Tərəflər arasında barışıq sazisi məhkəmə də imzalansada AR İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinə dair dövlət qeydiyyatının rəsmiləşdirilməsi yalnız məhkəmə tərəfindən müvafiq icra hakimiyyət orqanına öhdəlik qoyulduqdan sonra icra edildiyi bildirilmişdir. Bu kimi hallan nəzərə alih, icra vərəqələrində qeyd olunan əmlakların rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd edilən hallarla bağlı icra vərəqəsinə izah verilməsi zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar qıznın cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir 1. Tərəflər aralarındakı mübahisələri qarşılıqlı güzəştlər yolu ilə həll etməyi öhdələrinə götürür və Tələbkar qız Borclu qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmənin icraatında olan mübahisəni davam etdirməkdən imtina edirlər 2. İddiaçı Tələbkar bəyan və təsdiq edir ki: Borclu ilə birgə nikah dövründə əldə edilmiş 20 oktyabr 2016- cı il tarixli. Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzili tam mülkiyyət hüququ ilə öz mülkiyyətinə qəbul edir.- Borclu ilə birgə nikah dövründə əldə edilmiş 22 iyul 2013-cü il tarixli Tapu sənədinə əsasən. Borclu adına qeydə alınmış Türkiyə Cümhuriyyəti, Muğla ili, Milas ilçəsi, Dörttəpə küçəsi. Hisar, Artev Yazlık evləri, Flamingo sitesi (Gardenya 10) ünvanında yerləşən mənzilə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzili tam mülkiyyət hüququ ilə öz mülkiyyətinə qəbul edir. Borclu ilə birgə nikah dövründə əldə edilmiş 17 sentyabr 2018- ci il tarixli AD 322170 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **-UM-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı minik nəqliyyat vasitəsinə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin nəqliyyat vasitəsini tam mülkiyyət hüququ ilə öz mülkiyyətinə qəbul edir. Borclu ilə birgə nikah dövründə əldə edilmiş 16 dekabr 2019- cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 149C saylı (Yeni qaydalarla: AZ 1111 ünvan 3 ünvanında yerləşən 5 saylı) mənzildən; 17 oktyabr 2017- ci il tarixli. Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 4 ünvanında yerləşən 491 saylı (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 5 saylı) mənzildən; 22 iyul 2013-cü il tarixli Tapu sənədinə əsasən, Borclu adına qeydə alınmış Türkiyə Cümhuriyyəti, Muğla ili, Mifas ilçəsi, Dörttəpə küçəsi, Hisar, Artev Yazlık evləri. Flamingo sitesi (Gardenya 15) ünvanında yerləşən mənzildən; 15 may 2014-cü il tarixli. Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 6 ünvanında yerləşən 329 saylı mənzildən pay tələbindən və bununla həmin mənzillərə mülkiyyət və onlardan istifadə və onlarda yaşamaq hüququndan Borclu xeyrinə əvəzsiz, birdəfəlik imtina edir və həmin mənzillər üzərində Borclu təkbaşına və tam mülkiyyət hüququna malik olması ilə razılaşır. Borclu ilə birgə nikah dövründə əldə edilmiş xx.xx.2014-cü il tarixli, AC 219902 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **- HB-*** nömrə nişanlı X3 markalı, xx.xx.2014-cü il tarixli, AC 219901 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **-HC-*** nömrə nişanlı X2 markalı. xx.xx.2014-cü il tarixli, AC 219903 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adma qeydə alınmış **-HB-*** nömrə nişanlı X3 markalı, 25 mart 2014- cü il tarixli, AC 222222 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış X2 markalı avtomobillərdən və xx.xx.2016-cı tarixli, AC 620838 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış 10B871 nömrə nişanlı Can-Anı Spyder markalı, 26 iyun 2014-cü il tarixli. AC 229500 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış Sryder RS markalı motosikllərdən pay tələbindən Borclu xeyrinə əvəzsiz, birdəfəlik imtina edir və həmin nəqliyyat vasitələri üzərində Borclu təkbaşına və tam mülkiyyət hüququna malik olması ilə razılaşır. 3. Borclu bəyan və təsdiq edir ki: Tələbkar ilə birgə nikah dövründə əldə edilmiş 20 oktyabr 2016- cı il tarixli, Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 7 ünvanında yerləşən 3 saylı mənzilə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzilə Tələbkar tam mülkiyyət hüququ ilə malik olmasını qəbul edir. Tələbkar ilə birgə nikah dövründə əldə edilmiş 22 iyul 2013-cü il tarixli Tapu sənədinə əsasən, Borclu adına qeydə alınmış Türkiyə Cümhuriyyəti, Muğla İlİ, Milas ilçəsi. Dörttəpə küçəsi, Hisar, Artev Yazlık evləri, Flamingo sitesi (Gardenya 10) ünvanında yerləşən mənzilə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzilə Tələbkar qıznın mülkiyyət hüququ ilə malik olmasını qəbul edir. Tələbkar ilə birgə nikah dövründə əldə edilmiş 17 sentyabr 2018- ci il tarixli AD № 322170 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **-UM-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı minik nəqliyyat vasitəsinə Borclu mülkiyyət hüququna xitam verilməsi ilə razılaşır və həmin nəqliyyat vasitəsinə Tələbkar qızmın tam mülkiyyət hüququ ilə malik olmasını qəbul edir. Tələbkar ilə birgə nikah dövründə əldə edilmiş 16 dekabr 2019- cu il tarixli. ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 8 ünvanında yerləşən 149C saylı (Yeni qaydalarla: AZ 1111. ünvan 9 ünvanında yerləşən 5 saylı) mənzildən; 17 oktyabr 2017- ci il tarixli. Seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 10 ünvanında yerləşən 491 saylı (Yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən 5 saylı) mənzildən; 22 iyul 2013- cü il tarixli Tapu sənədinə əsasən, Borclu adına qeydə alınmış Türkiyə Cümhuriyyəti. Muğla ili, Milas ilçəsi, Dörttəpə küçəsi. Hisar. Artev Yazlık evləri, Flamingo sitesi (Gardenya 15) ünvanında yerləşən mənzildən; 15 may 2014-cü 11 tarixli. Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Borclu adına qeydə alınmış ünvan 12 ünvanında yerləşən 329 saylı mənzildən pay tələbindən və bununla həmin mənzillərə Tələbkar mülkiyyət və onlardan istifadə və onlarda yaşamaq hüququndan Borclu xeyrinə əvəzsiz, birdəfəlik imtinasını qəbul edir və həmin mənzillər üzərində Borclu təkbaşına və tam mülkiyyət hüququna malik olması ilə razılaşır. Tələbkar ilə birgə nikah dövründə əldə edilmiş xx.xx.2014-cü il tarixli, AC 219902 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **-HB-*** nömrə nişanlı X3 markalı, xx.xx.2014-cü il tarixli, AC № 219901 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış **-HC-*** nömrə nişanlı X2 markalı, xx.xx.2014-cü il tarixli. AC № 219903 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adma qeydə alınmış **-HB-*** nömrə nişanlı X3 markalı, 25 mart 2014-cü il tarixli, AC № 222222 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış X2 markalı avtomobillərdən və xx.xx.2016-cı tarixli, AC № 620838 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adma qeydə alınmış 10B871 nömrə nişanlı Can-Am Spyder markalı, 26 iyun 2014-cü il tarixli. AC 229500 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Borclu adına qeydə alınmış Srvder RS markalı motosikllərdən Tələbkar pay tələbindən Borclu xeyrinə əvəzsiz, birdəfəlik imtinasını qəbul edir və həmin nəqliyyat vasitələri üzərində Borclu təkbaşına və tam mülkiyyət hüququna malik olması ilə razılaşır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qərardadına real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “İcra vərəqəsində qeyd edilən əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasının nəzərdə tutulması” barədə izah edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1032/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə icra vərəqəsində qeyd edilən əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasının nəzərdə tutulması kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar