Məhkəmə qərarları › İş №8(011)-735/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-735/2025

29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-735/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, X2 iştirakı ilə, X1 icra sənədi üzrə icraatın dayandırılması barədə şikayətinə baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2241/2024-022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2241/2024-022 saylı icra sənədinə əsasən X9 X4 xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 311458.56 manat borcun tutulması və tutmanın ipoteka predmeti olan X11 məxsus olan ünvan 1 ünvanında yerləşən binanın 4-cü blok, 7-ci mərtəbəsindəki 284 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Daha sonra borcluya yuxarıda adı çəkilən icra sənədinin icra edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli e56743/2025 -1-40 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunda guya icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın surətinin ona göndərilməsi barədə qeyd olunsa da, həmin qərarın surəti ümumiyyətlə ona rəsmi qaydada göndərilməmişdir. X6 xx.xx.2025-ci il tarixdə Yasamal rayon və Xətai rayon İcra Şöbəsinə elektron sənəd dövriyyəsi sistemi vasitəsilə elektron məktub ünvanlayaraq icra sənədinin hissəvi icrası ilə bağlı müvafiq razılıq əldə olduğundan "İcra haqqında" AR Qanununun 17.1.10-cu maddəsinə əsasən yuxarı adı çəkilən icra sənədi üzrə icraatın dayandırlmasma dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məktubun kağız formatda olan surəti borclu tərəfindən xx.xx.2025-ci il tarixdə Xətai rayon İcra Şöbəsinin dəftərxanasına təqdim edilmişdir. Lakin buna baxmayaraq Xətai rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməmişdir. Yuxarıda qeyd olunanları əsas gətirərək icra sənədi üzrə icraatın dayandırlmasma dair qərar qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə tərəfimdən Xətai rayon İcra Şöbəsinə məktub təqdim edilmiş, lakin icra məmuru Elşən Bəşirli buna əhəmiyyət qoymayaraq icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməmişdir. X7 məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarı təqdim edərək, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar və Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2241/2024-022 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5nun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2241/2024-022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2241/2024-022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə şikayəti təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar