Məhkəmə qərarları › İş №8(011)-736/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-736/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-736/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-480/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “BYD QİN Plus Plug-İn Hibrid” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-7731/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu əsas məbləğ üzrə 1.568,77 (bir min beş yüz altmış səkkiz manat yetmiş yeddi qəpik) manat borc, 135.19 (bir yüz otuz beş manat on doqquz qəpik) manat faiz borcu, 23.53 (iyirmi üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.727,49 (bir min yeddi yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 37.27 (otuz yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-480/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan "BYD QİN Plus Plug-İn Hibrid" minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə, tələbkarın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-480/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Borclu mülkiyyətində “BYD QİN Plus Plug- İn Hibrid” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilmişdir. Həmin Qərardad ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7731/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu əsas məbləğ üzrə 1.568,77 manat borc, 135.19 manat faiz borcu, 23.53 manat cərimə borcu olmaqla, cəmi 1.727,49 manat məbləğində pul vəsaiti və ödənilmiş 37.27 manat dövlət rüsumu tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, , Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7731/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkar təqdimatın təmin edilməsinə dair etirazı məhkəməyə daxil olmadığından təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-480/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “BYD QİN Plus Plug-İn Hibrid” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilməsinə qoyulmuş qadağa) götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “BYD QİN Plus Plug-İn Hibrid” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar