Məhkəmə qərarları › İş №8(011)-738/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-738/2023

04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-738/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022-021 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən, Borclu 1498,15 manat pul vəsaiti və 35 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-7040/2022-007 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 157,29 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir, qeyd olunan icra sənədləri Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə daxil olduğu tarixdən müvafiq qaydada icraya yönəlmişdir, icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra qərarın surəti bidirişlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir, lakin bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aiddiyatı təşkilatlara sorğular göndərilmişdir, icra sənədləri üzrə borcdan ödəniş edilməmişdir, borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Tələbkar, borclu və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 7040/2022-007 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi birləşdirilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022- 021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Tələbkar ASC ilə Borclu arasında bağlanmış 25 fevral 2021-ci il tarixli RBNPU-07728 saylı müqavilə üzrə Borclu əsas borc üzrə 1274,06 manat, faiz borcu üzrə 144,09 manat, cərimə borcu üzrə 80 manat olmaqla, ümumilikdə 1498 (min dörd yüz doxsan səkkiz) manat 15 (on beş) qəpik və dövlət rüsumu qismində ödənilmiş 35 (otuz beş) manatın tutularaq Rabitəbank ASC-yə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, qərar və bildirişin surəti qərarı surəti tərəflərə göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqına” bildiriş Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-7040/2022- 007 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilmiş, xx.xx.2021ci il tarixli müqavilə üzrə 112,29 manat əsas, 14,94 manat faiz, cəmi 127,29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Borclu alınaraq Rabitəbank ASC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, qərar və bildirişin surəti qərarı surəti tərəflərə göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqına” bildiriş Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Məhkəmə hesab edir ki, borclu qərarların və könüllü icra barədə bildirişlərin surətini almasına baxmayaraq, icra sənədlərində göstərilən pul vəsaitini ödəmədiyindən, bununla da, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-7040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələrinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədlərinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən icra məmuru Kəmalə Həsənovanın təqdimatı təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1997-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4362/2022-021 saylı, xx.xx.2022-ci il tarixli və e-2(011)-7040/2022-007 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar