Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-738/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Borclu Tələbkar, Tələbkar Borclu iştirakı ilə, Borclu Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Tələbkar Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-595/2023 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu əmək haqqının dörddə bir həddində tutulan aliment dəyişdirilərək hər il ölkə üzrə minimum əmək haqqı məbləğinin və sonrakı artımlara da münasib olaraq 0.64 misli həddində indeksasiya edilməklə hesablanaraq sabit pul məbləğində borcludan tutulması və borclunun hər ay uşağın səhhətilə əlaqəli zəruri olan müayinə və müalicə üçün çəkilən 250 manat əlavə xərcə cəlb edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu Tələbkar məhkəmə iclasında ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıda istinad edilən müddəanın tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra icraatı qaydasında müraciət edilmiş ərizələrin baxılmamış saxlanılma qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tənzimlənmədiyindən, hazırkı mülki iş üzrə analogiya üzrə iddia ərizəsinin baxılmamış saxlanılma qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu Tələbkar Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 595/2023 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu əmək haqqının dörddə bir həddində tutulan alimentin dəyişdirilərək hər il ölkə üzrə minimum əmək haqqı məbləğinin və sonrakı artımlara da münasib olaraq 0.64 misli həddində indeksasiya edilməklə hesablanaraq sabit pul məbləğində borcludan tutulması və borclunun hər ay uşağın səhhətilə əlaqəli zəruri olan müayinə və müalicə üçün çəkilən 250 manat əlavə xərcə cəlb edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-738/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-738/2025
30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver