Məhkəmə qərarları › İş №8(011)-739/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-739/2025

06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-739/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6086/2022 saylı 18 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar "xxxx" MMMC-nin nümayəndəsi X1 tərəfindən verilən ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Tələbkar "xxxx" MMMC-nin nümayəndəsi X1 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6086/2022 saylı 18 noyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə bağlı Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və barəsində müvafiq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra tələbkar "xxxx" MMMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan qətnamənin icrasının icra məmuru Elşən Bəşirlinin icraatına verildiyini bildirmiş və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6086/2022 saylı 18 noyabr 2022-ci il tarixli icra sənədinin icra olunmasının həvalə edildiyi icra məmurunun dəyişməsi səbəbilə, icra məmurunun hərəkətsizliyi barədə ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi bildirmişdir. Bununla bağlı olaraq icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə ərizəyə baxılmasına ehtiyac qalmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6086/2022 saylı 18 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar "xxxx" MMMC-nin nümayəndəsi X1 tərəfindən verilən ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar