Məhkəmə qərarları › İş №8(011)-740/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-740/2023

04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-740/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu Bahadir oğluna məxsus avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov – Borclu Bahadir oğluna məxsus "Mercedes C200" minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Abşeron Rayon Məhkəməsinin 2(012)- 2890/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Bahadir oğlundan 3457.77 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Rabitəbank” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu Bahadir oğluna məxsus olan "Mercedes C200" minik markalı **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında borclular tərəfindən cəmi 269.65 manat ödənilməsini qeyd edərək təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarında Borclu Bahadir oğluna məxsus "Mercedes C200" minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə sorğu verilmişdir. Odur ki, hazırda borclunun mülkiyyətində "Mercedes C200" minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar