Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-740/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-814/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə X3 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X3 qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-814/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə Tələbkar olan ümumilikdə 25166,95 manat borcun hissə-hissə olmaqla, hər ay 275 manat ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930-cu məhəllədə yerləşən Panaroma Park yaşayış kompleksində “C” blokunda, 6-cı mərtəbəsində yerləşən 89,95 kv.m sahəsi olan 3 otaqlı mənzil, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930-cu məhəllədə yerləşən Panaroma Park yaşayış kompleksində “C” binasının -2 (mənfi iki)-ci mərtəbəsində yerləşən 16 nömrəli qaraj, **-ZY-*** dövlət qeydiyyat nişanlı “X16” markalı avtomobil üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, cavabdeh X7 1/2 (ikidə bir) hissədə pay hüququ tanınması, “X19” markalı, 99- OB-745 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 9.000 manat vəsait üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, cavabdeh X7 1/2 (ikidə bir) hissədə pay hüququnun tanınması və 9.000 manatın yarısı olan 4.500 (dörd min beş yüz) manat cavabdeh X5 iddiaçı Tələbkar xeyrinə tutulması, "X12 Mikroavtobus” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 35.000 manat vəsait üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, cavabdeh X7 1/2 (ikidə bir) hissədə pay hüququnun tanınması və 35.000 manatın yarısı olan 17.500 (on yeddi min beş yüz) manat vabdeh X5 iddiaçı Tələbkar xeyrinə tutulması, “Hyundai Elantra” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsindən əldə edilən 6.333,90 manatın yarısı olan 3.166,95 (üç min yüz altmış altı manat doxsan beş qəpik) manat X5 alınaraq Tələbkar qızma ödənilməsi qət edilmişdir. Ümumilikdə 25.166,95 manat cavabdehə sözügedən qətnamənin icrası ilə bağlı tələbkara borcu var. Xətai rayonu, Gəncə prospekti 2930-cu məhəllədə yerləşən Panaroma Park yaşayış kompleksində “C” blokunda, 6-cı mərtəbəsində yerləşən 89,95 kv.m sahəsi olan 3 otaqlı mənzil, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930-cu məhəllədə yerləşən Panaroma Park yaşayış kompleksində “C” binasının -2 (mənfi iki)-ci mərtəbəsində yerləşən 16 nömrəli qaraj, **-ZY-*** dövlət qeydiyyat nişanlı “X16” markalı avtomobil üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə payın bölgüsü ilə bağlı isə, həmin hissədə isə əmlakın hərraca çıxarılaraq əldə edilmiş vəsaitin bölünməsi ilə bağlı isə məhkəməyə müraciət edəcəkdir. Belə ki, borclunun əmək haqqı 545 manat təşkil edir. Himayəsində yaşlı və eyni zamanda xəstə anası vardır. Eyni zamanda aliment ödədiyi üçün 25166,95 manat pul vəsaitinin borclu tərəfindən birdəfəlik tələbkara ödənilməsi mümkün deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə 27 dekabr 2011-ci il təvəllüdlü X8, 22 aprel 2015-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün 31 yanvar 2024-cü il tarixdən başlayaraq cavabdeh X5 hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sonradan alimentin də məbləği artırılmışdır. Alimentlər bağlı da borcun böyük qismi ödənilmiş olsa da, müəyyən məbləğdə borcu yığılıb qalmışdır. Hər iki qətnamə üzrə yığılmış borcun icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)3646/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qəraı ilə X9 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilməyi qərara alınmışdır. Buna görə də borclu hesab edir ki, ya yuxarıda adıçəkilən əmlaklar satılmalı və həmin əmlakın satışından əldə edilmiş vəsaitlə borcu ödəməyi mümkün olacaq ya da ki, qətnamənin hissə-hissə icrası üçün ona şərait yaradılmaldır. Belə ki, borclu tərəfindən həmin borcun birdəfəlik ödənilməsi mümkün deyildir. Buna görə də qətnamənin hissə- hissə icra etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin X3 məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, borclu qərəzli şəkildə məhkəmə qətnaməsini icra etmir. Bununla bağlı barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi xanım Samirə Eyvazova tərəfindən inzibati həbs cəzası tətbiq edilmişdir. Hal-hazırda da icra orqanından yayındığı üçün axtarışa verilmişdir. Qətnamə ilə 1/2 hissədə paylar müəyyən edilmiş və hal-hazırda qeydiyyat şəhadətnaməsi tələbkarın adına olan avtomobili təhvil verməklə borcun müəyyən hissəsi ilə əvəzləşdirilməsinə dair təklifi də qərəzli şəkildə qəbul etməyərək icra etməmişdir. Hazırki ərizə ilə də məhkəməyə müraciət etməsi barəsində görülən məcburi icra tədbirlərinə suni təsir göstərmək məqsədi daşıyır və məhkəməni yanlışlığa istiqamətləndirmək üçün düşünülmüş bir addımdır, tələbkar borcun birdəfəlik qaydada tam ödənilməsini tələb edir. Məhkəmə borclu, tələbkar və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, həmçinin tələbkar borcun hissə-hissə ödənilməsinə etiraz etdiyindən, ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-740/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-740/2025
06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver