Məhkəmə qərarları › İş №8(011)-744/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-744/2022

08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-744/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədi üzrə icra icraatının dayandırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daha sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədi üzrə icra icraatının dayandırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədinə əsasən Tələbkar BOKT ASC ilə Borclu arasında bağlanmış 2017/00501-01 saylı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməli, cavabdeh Borclu xx.xx.2017-ci il tarixli 2017/00501-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə yaranmış 10717,69 ABŞ dolları əsas, 357,84 ABŞ dolları faiz borcu, 276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11351,53 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi iddiaçı Tələbkar BOKT ASC-nın xeyrinə tutulmalı, tutma ipoteka qoyulmuş, cavabdeh X1 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə yönəldilməli və mənzilin ilkin satış qiyməti 84000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməli, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil açıq hərracda satıldıqdan 1 ay sonra X3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 250 manat pul cavabdeh Borclu tutularaq Tələbkar BOKT ASC-nin hesabına köçürülsün. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 150 manat məbləğində pul cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, borclu xx.xx.20222-ci il tarixdə müraciət edərək mənzilin Capital Auction MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən şikayət verməsini bildirmişdir. Ona görə də həmin şikayətə baxılanadək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədi üzrə icra icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə. 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qeyd olunan əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxılanadək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədi üzrə icra icraatı dayandırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2734/2020 nömrəli icra sənədi üzrə icra icraatı dayandırılsın. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar