Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-744/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Tələbkar tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar məhkəməyə müraciət edərək, işdə olan sübutlar əsasında 640 kv.m. torpaq sahəsində yerləşməsi müəyyən edilən ünvan 1 ünvanındakı mənzilə köçürülməyim barədə Xətai rayon məhkəməsinin 2(011)-30/2023 Noli xx.xx.2023-cü il tarixli qətnamənin icrasına Borclu süni maneələr yaratması məqsədilə ilə hüquqi əhəmiyyət kəsb etməyən və nəticə yaratmayan hərəkətlərlə icra məmurunun əsassız olaraq, icranı dayandırması,təmin etməməsinin qanunsuz hesab edilməsi, Reyestr xidmətindən və Bələdiyyədən nümayəndə çağırılması ilə icra vərəqinin icrasının mümkünsülüyü kimi nəticə yaratmaqla icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Xətai rayon icra şöbəsinin üzərinə Xətai Rayon Məhkməsinin 2(011)- 30/2023 Noli xx.xx.2023-cü il tarixli icra vərəqinin icra edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)-30/2024 saylı xx.xx.2023-cü il tarixli qətnamə ilə iddiam qismən təmin edilərək, ünvan 3 ünvanda yerləşən evə köçürülməyim tələbim təmin edilib. İlkin İddia tələbi dəqiqləşdirilərək, Xətai rn məhkəməsinin 2005- ci il tarixli qətnaməsi, Apellyasiya məhkəməsinin xx.xx.2007-ci il tarixli 1MK 1041/2007 saylı qətnaməsi, 1MK 854/2008 saylı qərardadı ilə təsvir olunmuş 640 kv.m. torpaq sahəsində 2005-2007-ci illərdə inşa edilmiş, özbaşına tikilidə mənzil kimi istifadə etdiyi yaşayış və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələrin törətməsinin qadağan edilməsi,iddiaçının Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində 640 kv.m.torpaq sahəsində 25/19A ünvanında yerləşən sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köşürülməyi, cavabdeh Borclu qaz və işiq xətlərinə müdaxilə etməsinin qadağa olunması yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmaqla, məhkmə iddianı qismən təmin edib. Məhkəmə iddianı qismən təmin edərkən məhz 25/19A ünvanına köçürülməsi tələbi təmin edilib. Cavabdeh prosessual hüquqlardan sui istifadə edərək, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, hətta icra məmuruna dolayı yollarla qətnaməyə izah verilməsi barədə təqdimat göndərilməsinə nail olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, həmin qərardaddan borclu müddəti ötürməklə şikayət vermiş, müddət ötürməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərardadla şikayət təmin edilməmiş, xx.xx.2025-ci il tarixli xx/xx- 94549 saylı məktubla icra hərəkətlərinin ediləcəyi barədə bildiriş göndəriləndən sonra xx.xx.2025-ci il tarixə təyin olunmuş icra hərəkətlərinin edilməməsinə nail olmuş, hazırda bildirişi mübahisələndirməyə çalışır. Xətai rayon məhkəməsinin 8(011)-634/2025 Noli 24 iyun 2025-ci il tarixli qərardadla şikayət təmin edilməmişdir. Şikayət verilməsi gözlənilir. Cavabdeh Borclu məhkəmədə israrla iddia tələbimdə təsvir etdiyim 640 kv.m.torpaq sahəsində yerləşən bu mənzili 25/19 ünvanı kimi eskizi əsas gətirib təqdim etməyə çalışsa da məhkəmə qətnaməsində müəyyən edilən halları nəzərə almaq istəmir. Halbuki,elə qətnamənin 2-ci səhifəsində aşağıdakılar qeyd edilib. 1980-ci illərdən mövcud olan həmin evə qeydiyatda olduğu halda işin hallarından da göründüyü kimi cavabdehin mənim adimdan 2005-2007- ci illərdə qaçqın statusumdan istifadə edərək vaxtilə zəbt etdiyi 640 kv.m.topaq sahəsini sənədləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyəti komissiyasının 149 Noli xx.xx.2006-cı il tarixli sərəncamına əsas olan 5A Noli xx.xx.2006-cı il tarixli protokol əsasında 25/19A ünvanına pasport qeydiyyatına alınmışam. Çox qəribədir ki, işıq,qaz,su hesabları 2010-cu ildən açıldığı halda Borclu da qeydiyyatda olduğu 25/19 ünvanı hələ 1990-cı illərdən mövcud olan mənzilə necə aid edilə bilər, Halbuku qaz sayğacı saldosunda 640 kv.m qeyd edilib. Borclu icra vərəqinin icrası zamanı icra məmurunu yenə yanlış olan 1990- cı illərdən qeydiyyatda olduğu 25/19 ünvanına yönəltmək istəməklə icra prosesinə maneçilik törətmişdir ki,İcra məmura da xx.xx.2024-cü il tarixli təqdimatla izah verilməsini istəmişdir. Bunlardan başqa iddia tələbimdə A.Qurban küç.25/19A ünavanındakı mənzili təsvir edərkən həmin mənzilin 640 kv.m. torpaq sahəsində yerləşməsini,və məhkəmə qətnamələrində mübahisə predmeti olmuş özbaşına tikilidən ibarət olan tələbim təmin edilməsəydi,cavabdehin dəlilləri qəbul olunardı.Lakin qətnamədə işin halları sadlanarkən mübahisəli mənzilin 25/19A ünvanının 640 kv.m. torpaq sahəsində yerləşməsini təsdiqləyən kifayət qədər sübut vardır,Qaldı ki,otaqların eskizinə eskizlər əsasında göstərilənlər dəfələrlə rekonstrusiya edilib.İcra nümayəndəliyini də dəfələrlə yanlışlıqla bir ünvanı göstərib digər ünvanın texniki göstəricilərini sübut kimi göz önünə qoymaq istəyir. Borclu Məhkəmə hakimlərinə üstü örtülü hədələr gələrək, çox vaxt çirkin əməlləri ilə istədiyinə nail olur.Qeyri-rəsmi həyat yoldaşım olduğum dövrdə başqa qadınlar barədə pis-pis ifadələr işlətməklə yanaşı məhkəmə hakimlərinə, digər vəzifəli şəxslər barədə rüşvətxor,ǝyyaş, psixi xəstə kimi yazılar yazırdı. X3 küçəsi 25/19 A ünvanında yerləşən istixananın 66 saylı MKİS-nin rəisi Şəmsəddin Rəcəbovun məhkəmə işlərini yazdırdığı X1 arxasınca başı xarabdı istifadə edirəm kimi ifadələri 2008-ci ildə işlədib üzünə gülən bu şəxsdən nə gözləyəsən. Mən həqiqəti Ağamalıyevə deyəndən sonra onunla da düşmən oldu. Bu şəxs açıq aşkar böhtançıdır. Xətai rayon məhkəməsinin hakimi Əminə Abbasova qətnamə ilə iddianı təmin etsə də, cavabdeh qət etdi hissəsində qısa olduğundan guya qətnamə qeyri müəyyən olmaqla cavabdehin xeyrinədir. Əgər belədirsə cavabdeh nəyə görə apellyasiya,kassasiya şikayətləri verirdi.Göründüyü kimi cavabdeh ətrafında kifayət qədər məhkəmə mübahisələri olmuş 2006-cı ildən mövcudluğu başlamış 25/19A ünvanını 1990-cı ildən mövcud olan və qeydiyyatı da həmin illərdən başlamış 25/19 ünvanı ilə əvəzləmək istəyir. 25/19 ünvanı ilə də kifayət qədər qonşu mübahisə- lərinə dair məhkəmə qətnamələri mövcuddur.(pəncərə mövzusu) Yekun olaraq iş üzrə Ali Məhkəmənin 2(102)-1829/2024 Noli xx.xx.2024- cü il tarixli qərarında da işin halları kimi qeyd edilən hissədə 2-5-ci bəndlərdə ünvan 5 ünvanının 640 kv.m. torpaq sahəsində yerləşdiyini pasport qeydiyyatının da Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərancamı ilə (həmin sərəncam isə 640 kv.m. torpaq sahəsi ilə bağlı olub) icra olunması ilə aparılması qeyd edilib. Borclu mahiyyəti üzrə baxılmayan işlərlə bağlı verdiyi şikayətlər icra hərəkətlərinin davam etdirilməsinə maneə yaratmamalıdır. Hesab edirəm ki,cavabdeh və Borclu qanunsuz hərəkətləri qarşısında ədalət mühakiməsi aciz qalmamalı, rayon icra məmuruna etdiyi təzyiqlər nəzərə alınaraq,açıq aydın olan məhkəmə qətnaməsinin icrasına maneçilik törədilməsinə icra məmurunun azicizlik göstərərək, reyestr xidmətindən, bələdiyyədən nümayəndələr dəvət etməklə guya onlar da evin yerini təyin edə bilmirlər kimi istinadla məhkəmə qərarının icra edilməməsi qanunsuz hesab edilməli, icra məmurunun hərəkətsizliyi qanunsuz hesab ediməklə qərar qəbul edilməsi təmin edilməlidir. Borclu, icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iş hazırda icra mərhələsindədir, icra hərəkətləri həyata keçirilir, hazırkı tələb icra məmuruna qanunla həvalə edilmiş hüquqların və vəzifələrin həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ərizəçinin hazırkı tələbi icra məmuruna qanunla həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və ona verilmiş hüquqların həyata keçirilməsi, yəni onun səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı olduğundan, icra məmuru tərəfindən icra haqqında qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən icranın həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən həyata keçirilən tədbirlər formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. “İcra mməurları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Tələbkar icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-744/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-744/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver